CƏMİYYƏT
"ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi yeni layihəyə start verib
Bakı, 1 sentyabr, AZƏRTAC
"ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.
Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.