CƏMİYYƏT
"Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" haqqında videoçarx hazırlanıb
Bakı, 8 dekabr, AZƏRTAC
Məlum olduğu kimi, 2017-2018-ci tədris ilindən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sistemi bir neçə kafedrada pilot layihə formatında tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, qarşıya çıxan sualları düzgün cavablandırmaq üçün institutun Elmi Şurasının qərarına əsasən səhiyyə nazirinin «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» 2017-ci il iyunun 20-də verdiyi 45 nömrəli əmrinin icrasına dair videoçarx hazırlanıb və institutun rəsmı saytında yerləşdirilib.
Videoçarxa bu linkdə baxmaq olar http://www.adhti.edu.az/az.php?go=xeber303.