İQTİSADİYYAT
"Kapital Bank" "Amerika Banklar Assosiasiyası"na üzv seçilib
Bakı, 1 mart, AZƏRTAC
"Kapital Bank" beynəlxalq əməkdaşlıq çərçivəsində "Amerika Banklar Assosiasiyası"na ("American Bankers Association") üzv seçilib. MDB ölkələri arasında "Kapital Bank" və Rusiyanın yalnız bir bankı bu assosiasiyanın üzvüdür.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə "Kapital Bank"ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynov "Amerika Beynəlxalq Bankçılıq Assosiasiyası"nın (BAFT) prezidenti Tod Barvel ilə görüşüb və bankçılıq sahəsində bir sıra mühüm məsələlər müzakirə olunub.
"Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. "Kapital Bank" olaraq "Amerika Banklar Assosiasiyası"na üzv olmaqla, xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik", - deyə "Kapital Bank"ın idarə heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
"Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.