"MILLI TƏHLÜKƏSIZLIK HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTIMNSƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, “3” avqust 2004-cü il.