Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları

"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları

İndi hamı dünya miqyasında mövcud olan problemlərdən danışır. Mütəxəssislər və siyasətçilər vəziyyətin getdikcə mürəkkəbləşdiyini, meydana yeni təhdidlərin çıxdığını və qlobal trendlərin qeyri-müəyyənliyini vurğulayır, bu əsasda yaxın perspektivdə bəşəriyyəti nələrin gözləyə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Maraqlıdır ki, böyük dövlətlərin liderləri belə hesab edirlər ki, proseslər bu istiqamətdə davam etdiyi təqdirdə olduqca təhlükəli durum ortaya çıxa bilər. Lakin daha təəccüblüsü odur ki, bu fikirləri söyləyənlər konkret xilas yolu göstərmirlər - hər kəs qarşısındakını ittiham edir. Bu isə beynəlxalq münasibətlərdə dialoq imkanlarını heçə endirir. O cümlədən universal beynəlxalq təşkilatların təkmilləşdirilməsi işinə əngəllər törədir. Bu kimi məsələlərin müzakirəsinə həsr edilmiş "Valday" beynəlxalq diskussiya klubunun növbəti tədbiri maraqlı keçib. Burada Rusiya Prezidenti Vladimir Putin də çıxış edib.

"Qaydasız qaydalar": böyük güclərin rəqabət hərisliyi

Soçidə oktyabrın 24-27-si tarixində ənənəvi beynəlxalq diskussiya klubu "Valday"ın XIII sessiyası keçirilib. Bu tədbirdə dünyanın 35 ölkəsindən 130-dan çox mütəxəssis iştirak edib, beynəlxalq münasibətlərin, daxili siyasi quruluş məsələlərinin, iqtisadiyyatın, demoqrafik vəziyyətin və texnologiyaların inkişafının aktual problemlərini müzakirə ediblər. Müzakirələrdə həm də dünyanın siyasi xəritəsində müşahidə edilən radikal dəyişikliklərin və demokratik prosedurların böhranının fəsadlarının azaldılmasına, Rusiya-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi yollarına, qlobal dünyanın 10 ildən sonrakı quruluşuna diqqət yetirilib. Yekun sessiyada Finlandiyanın, Avstriyanın və Cənubi Afrika Respublikasının keçmiş prezidentləri (Tarya Halonen, Haynts Fişer, Tabo Mbeki) iştirak ediblər.

Adəti üzrə tədbirdə Prezident Vladimir Putin də çıxış edib. Rusiya dövlət başçısının budəfəki nitqində qlobal siyasətin aktual problemləri və Qərb-Rusiya münasibətlərinin gündəmdə olan məqamları əks olunub. V.Putin təəssüflə vurğulayıb ki, "Valday" klubunun keçən ildəki tədbirindən bu yana qlobal siyasətdə müsbət dəyişiklik müşahidə edilməyib. Siyasi və iqtisadi sahələrdə mövcud olan ziddiyyətlər qalıb və bir sıra məqamlarda daha da dərinləşib. Bu mənada hazırkı müzakirələrin mövzusunun "Gələcək bu gün başlayır: sabahkı günün cizgiləri" adlandırılması tam yerinə düşür, müasir geosiyasətin nəbzini ifadə edir.

Rusiya Prezidenti qarşılıqlı inamsızlığın artdığını və qloballaşma layihəsinin özünün böhrana düşdüyünü söyləyib. Bu cür məqamlar dünya birliyi qarşısında duran çağırışlara və real təhlükələrə səmərəli cavab verməyə mane olur. V.Putin fikrini inkişaf etdirərək deyib: "...Avropada isə artıq - biz bunu yaxşı bilirik, eşidirik - multikulturalizmin baş tutmadığından danışırlar" (bax: Заседание международного дискуссионного клуба "Валдай" с участием Владимира Путина / "Valdaiclub.com", 27 oktyabr 2016).

Sonuncu fikir bizim üçün iki aspektdə çox çaraqlıdır. Birincisi, Qərb siyasi şüurunda dünya miqyasında fərqli siyasi yanaşmaların uyğunlaşdırılması prosesinin iflasa uğraması haqqında qənaətin meydana gəlməsi (Rusiya dövlət başçısı "multikulturalizm" dedikdə, həm də bu cəhəti nəzərdə tutur). İkincisi, Avropa cəmiyyətlərində multikultural dəyərlərə önəm verilməməsi, xüsusilə islamofobiyanın genişlənməsi.

Rusiya Prezidenti belə bir vəziyyətin yaranması səbəblərindən də bəhs edib. Onun fikrincə, keçən əsrin 90-cı illərinin əvvəllərində qloballaşmaya yeni nəfəs vermək, harmonik və dayanıqlı vəziyyətə gətirmək imkanı vardı. Lakin özünü dünyanın ağası sayan qüvvələrin özündənrazı mövqe seçməsi və başqalarına hökm etmək fikrinə düşməsi hər şeyi korladı. ABŞ başda olmaqla həmin dairələr "soyuq müharibə"nin qalibi kimi dünya siyasəti və iqtisadiyyatını öz maraqlarına uyğun dəyişdirməyə istiqamətləndilər.

Bu isə eyforiyaya qapılmaq demək idi. Təcrübə göstərdi ki, siyasətdə belə hərəkət təsirsiz ötüşmür və bütün dünyanı çətin vəziyyətə salır. Çünki dövlətlər heç də öz başları üstündə kiminsə ağalıq etməsinə razı deyillər. Dolayısı ilə Qərbin seçdiyi qeyri-konstruktiv yol, dialoqa deyil, qarşıdurmaya aparan kurs qlobal geosiyasi prosesləri mürəkkəb situasiyaya sürüklədi. İndi də onun fəsadlarından dünya yaxa qurtara bilmir. "Valday" klubunun bununla bağlı apardığı müzakirələr həmin səbəbdən son dərəcə aktuallıq kəsb edir.

Məsələ ondan ibarətdir ki, dünyanın böyük dövlətləri sülh və sabitlik üçün vazkeçilməz şərt olan dialoq apara bilmirlər. Dialoq sadəcə müxtəlif tərəflərin bir masa arxasında oturub danışması deyil. Siyasi kontekstdə bu, hər şeydən əvvəl, qarşı tərəfi tamhüquqlu iştirakçı olaraq qəbul etməklə ədalətli qənaətlərə varmağı ifadə edir.

Real dialoq: bəşəri təhlükələri aşmağın yolu

Görüntüdə deyil, real olaraq dialoqa getməkdən imtinanın isə beynəlxalq münasibətlər sisteminə mənfi təsirləri çox ciddi olub və bu hal indi də davam edir. V.Putin həmin özəlliyi xüsusi vurğulayıb. Belə ki, onun fikrinə görə, ötən dövrdə universal institutlar təkmilləşdirilmədi və yeniləri yaradılmadı. Əvəzində, bir sıra dövlətlər öz məxsusi strukturlarını, dünyanı anlama tərzini, öz norma və qaydalarını başqalarına yeritməyə çalışdılar. Bu isə "özü və sevimliləri üçün", seçilmişlər üçün qloballaşma və təhlükəsizlikdir (bax: əvvəlki mənbəyə). Gerçəklikdə kimliyindən asılı olmayaraq bu yolu seçənlər psevdoqloballaşmaya, süni təhlükəsizliyə yol açmış olur ki, nəticədə, bütün dünya o "çayda boğulmağa" məhkum edilir.

Bunun konkret fəsadlarını biz Yaxın Şərqdə, Cənubi Qafqazda və Ukraynada görürük. Suriya və İraqda Vaşinqtonun özü və məqsədli olaraq seçdiyi "sevimliləri" üçün (bəzi məzhəb mənsubları və etnik qruplar nəzərdə tutulur) "demokratiya"nın hansı faciələr törətdiyi göz önündədir. Milyonlarla insan acından ölür, yurd-yuvasını tərk edir, müharibələrdə həlak olur. Bu proses isə davam edir. Amerikan hərb maşını müxtəlif bəhanələrlə anti-insani əməliyyatlarını dayandırmayıb, əksinə, onları yeni məkanlara yayır. Bununla doğrudan da böyük bir geosiyasi ərazidə xaos güclənir, dövlətlər iflas həddinə çatır.

Cənubi Qafqazda da Qərbin "sevimli demokratı" var ki, bu da Ermənistandır. Onun təcavüzkar siyasətinə real olaraq mane olmur, əksinə, onu daha demokratik, insan haqlarını gözləyən ölkə kimi təqdim etməyə çalışırlar. Bu, o dərəcədə ölçüsüz şəkildə edilir ki, məhz Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsini görməzdən gəlirlər. Açığı, XXI əsrdə belə siyasi mövqenin adını tapmaq çox çətindir. Əgər orta əsrlər olsaydı, deyərdilər - barbarlıq! XXI əsrdə nə deyilsin? Yeri gəlmişkən, Cənubi Qafqaza münasibətdə yalnız Qərb deyil, Rusiya da eyni mövqe tutur. Bu da qlobal dialoqun baş tutmamasının çox incə səbəblərinin olduğunu bir daha təsdiq etməkdədir. Yəni böyük dövlətlərin liderlərinin öz məntiqlərində qüsurlu və təzadlı məqamlar kifayət qədərdir.

Əsas olanı odur ki, məhz bu cür gizli aspektlər "Valday" kimi beynəlxalq müzakirələr məkanında üzə çıxır. Ola bilsin ki, bu, dəfələrlə təkrar olunsa, kimlərinsə vicdanı oyana. Lakin mütəxəssislər və siyasətçilərin də vurğuladığı kimi, məsələnin köklü həlli universal institutların təkmilləşdirilməsi ilə əlaqəlidir. Çünki dünyaya ağalıq iddiası olan yerdə universal beynəlxalq institutlar xaricində istədikləri qərarı verə bilirlər. Onlar özlərinə sərf edən qaydalar qoyur və başqalarını da ona əməl etməyə məcbur edirlər. Müəyyən mərhələdən sonra həmin qaydalar öz maraqlarına uyğun gəlmədikdə, onları ləğv edir, yenə də məxsusi istəklərə cavab verən yenilərini daxil edirlər.

Bu yalançı demokratik qaydalar "istehsalı"nın nümunəsi olaraq Yuqoslaviyanın dağıdılması, Əfqanıstanda davamlı xaosun yaradılması, İraqın tar-mar edilməsi, Liviya, Misir, Suriya və başqa müsəlman ölkələrinin başına gətirilənlər, Ermənistanın təcavüzkarlığına havadarlıq, Ukraynanın faktiki olaraq ikiyə bölünməsi göstərilə bilər. Belə çıxır ki, hamının qəbul etdiyi universal beynəlxalq təsisat olmadıqda, dünya xaosa doğru sürüklənir.

Bu kontekstdə böyük geosiyasi güclərin terror qruplarını yaratmaları və onları silahla təmin etmələri çox ciddi təhdid olaraq qalmaqdadır. Onun birbaşa fəsadlarını İraqda, Suriyada, Əfqanıstanda və Türkiyədə görürük. Nə vaxta qədər belə olacaq?

Bu sual "Valday"da siyasilərin özlərinin qaldırdıqları aşağıdakı suallar kontekstində çox aktual görünür: "əgər hər şey belə davam etsə, dünyanı nələr gözləyir? Sabah o, necə olacaq? Sabitliyi, təhlükəsizliyi, iqtisadi artımın dayanıqlığını necə təmin etməli? İnsanların rifah halını necə artırmalı?" (bax: əvvəlki mənbəyə).

Rusiya Prezidentinin özü bu suallara belə cavab verir: "Nə qədər kədərli olsa da, etiraf edək ki, dünyada bu məsələlərlə bağlı heç bir konsensus yoxdur" (bax: əvvəlki mənbəyə). Yəni, gələcəyin qlobal strategiyası və ideologiyası yoxdur. Deməli, zamanın qarşıya qoyduğu sualları dünyanın böyük dövlətləri ilk növbədə özlərinə verməlidirlər. Lakin onlar da problemlərdən başqasını ittiham zəminində danışırlar. Bu, yanlış mövqe olmaqla dialoqa aparmır. Dialoqsuz isə "sülh məbədi"nə yetişmək mümkün deyil!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır