DÜNYA
ABŞ-da üç yaşlı qız ata-anasının ölümündən sonra körpə qardaşını xilas edib
Bakı, 26 aprel, AZƏRTAC
Los-Ancelesdə üç yaşlı qız valideynlərinin ölümündən sonra bir neçə gün ərzində ikiaylıq qardaşının qayğısına qalıb.
AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, uşaqların atası yataq otağında həyat yoldaşını güllə ilə vurub, sonra da özü intihar edib. Kişinin uzun müddət depressiyadan əziyyət çəkdiyi bildirilir.
Hadisədən sonra bacı və qardaş evdə tək qalıb. Onları yalnız üç gündən sonra valideynlərinin cəsədləri yanında tapıblar.
Uşaqlar güclü susuzluq keçirib, lakin həkimlər onlara vaxtında tibbi yardım göstərə bilib. Hazırda bacı və qardaşın həyatı üçün heç bir təhlükə yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]