ELM VƏ TƏHSİL
ABŞ-ın Konqres Kitabxanası tərəfindən AMEA-ya multikulturalizmdən bəhs edən növbəti kitab hədiyyə edilib
Bakı, 1 sentyabr, AZƏRTAC
ABŞ-ın Konqres kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) beynəlxalq kitab mübadiləsi çərçivəsində Chichester Universitetinin sosiologiya üzrə professorları Carolene Ayaka və İan Haugenin multikulturalizmdən bəhs edən “Representing Multiculturalism in Comics and Graphic Novels” kitabı hədiyyə olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabda müxtəlif mədəniyyətlər çərçivəsində xüsusi mədəni stereotiplərə uyğunlaşmayan xarakterlər və onlar arasında münasibətlər komik nöqteyi-nəzərdən təqdim edilir. 2015-ci ildə nəşr olunan kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində də böyük maraq doğurub.