DÜNYA
ABŞ Prezidenti Rusiyaya tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb
Bakı, 4 mart, AZƏRTAC
ABŞ Prezidenti Barak Obama Ukraynanın şərqindəki böhranla əlaqədar Rusiyaya tətbiq edilən bəzi sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə martın 3-də Ağ evin mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu sanksiyalar aralarında rəsmilərin də olduğu bir çox Rusiya vətəndaşlarına və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövründə hökumətdə vəzifə tutan bəzi şəxslərinə şamil edilmişdi. Bununla yanaşı, məhdudiyyətlər Rusiyanın bəzi iri biznesmenlərini, separatçı Donetsk və Luqansk “xalq respublikalarının” rəhbərliyini və bir neçə kompaniyanı da əhatə edir.
Barak Obamanın sözlərinə görə o, belə nəticəyə gəlib ki, bütün bu sanksiyalar “2015-ci il martın 6-dan sonra da qüvvədə qalmalıdır”. Prezidentin bəyanatında bu məhdudiyyətlərin “daha bir il” qüvvədə qalacağı bildirilir.