ABŞ Prezidenti UNO-lara münasibət bildirib
Bakı, 6 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Uçan Naməlum Obyektlərə (UNO) münasibət bildirib. AZƏRTAC telekanalın saytına istinadla xəbər verir ki, tanınmış jurnalist Taker Karlsonun “Siz UNO-ların mövcud olmasına inanırsınız?” sualını cavablandıran Birləşmiş Ştatların dövlət başçısı deyib: “Əslində, mən bununla bağlı təfsilatı ilə danışmaq istəmirəm. Amma UNO-ların mövcud olmasına inanmıram. Özüm inanmasam da, düşünürəm ki, hər şey ola bilər”.
Karlson Ağ evin sahibinə xatırladıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin pilotları uçuş zamanı səmada naməlum qəribə obyektlər görüblər. Donald Tramp bununla razılaşıb və bildirib ki, həqiqətən də bu obyektləri gördüklərinə and içən insanlar var. Prezident jurnalistin ABŞ Hərbi Hava Qüvvələrinin bazasında UNO parçalarının saxlanıldığı barədə digər sualına cavabında isə bildirib ki, onda bu cür məlumatlar yoxdur.
Bu ilin aprelində ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığı UNO-ları görən pilotlar üçün hesabat forması hazırlamaq qərarına gəlib. Bu, onun qənaətinə görə, izahı olmayan müşahidələr və toplanılan faktların sistemləşdirilməsi məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]