SİYASƏT
ABŞ SƏFİRİ SEÇKİLƏRİN GEDİŞİNDƏN RAZIDIR
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rino Harniş MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə gələrək, seçkilərin gedişi ilə bağlı jurnalistlərin suallarına cavab vermişdir. Diplomat demişdir:
- Biz müxtəlif bölgələrdən məlumatları şəxsən almaqdayıq. Seçkilər dürüst keçirilmişdir. Müxalifət nümayiş keçirmək istəyir. Ancaq təxribatlara yol verilməməli, seçkilərdə zorakılıqdan kənar olmaq lazımdır. Öz növbəsində, güc nazirlikləri də zor tətbiq etməməlidir.
Müsavat Partiyası qərargahının qarşısında baş verənlərə öz münasibətini bildirən səfir seçkilərin nəticələrinin tam elan olunmasına qədər bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayaraq demişdir ki, ümumiyyətlə, belə hallar başucalığı gətirmir.