ELM VƏ TƏHSİL
ABŞ, TÜRKİYƏ VƏ HOLLANDİYA ALİMLƏRİ AZƏRBAYCAN FİLOSOFUNUN 850 İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏRASİMDƏ İŞTİRAK ETMİŞLƏR
Universitetin rektoru Səlahəddin Xəlilov mərasim iştirakçılarına görkəmli ABŞ şərqşünas filosofu Marşall G.S. Hodgsonun bu sözlərini xatırlatmışdır ki, yüzilliklər ərzində Şərq fəlsəfi fikir tarixində nəzərə çarpan iki böyük nüfuz sahibi xüsusi qeyd olunmalıdır: bunlar Şeyx əl-İşraq (Şihabəddin Yəhya Sührəvərdi) və İbn Ərəbdir.
Səlahəddin Xəlilov Şeyx əl-İşraqın həyatı, fəlsəfi təlimi, əsərləri, onların tərcümə taleyi, yaradıcılığının Azərbaycanda tədqiqi barədə ətraflı danışmışdır.
Tədbirdə Dünya Fenomenologiya İnstitutunun direktoru Anna-Tereza Timeniçka, professor Süleyman Hayrı Qolay, akademik Budaq Budaqov, AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru professor Yusif Rüstəmov, professorlar İzzət Rüstəmov, Zümrüd Quluzadə və başqaları Şeyx əl-İşraq haqqında fikirlərini söyləmiş, əsərlərinin çap edilib yayılmasının vacibliyini vurğulamışlar.