ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

Bakı, 23 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyənin “Sülh çeşməsi” əməliyyatının 120 saatlıq dayandırılması ilə bağlı anlaşma mövzusunda açıqlamalar verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Suriyada əməliyyatları dayandırdığını xatırladan Tramp bu ölkəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib. Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək deyib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsini çox sevən bir liderdir. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.
ABŞ-ın Maliyyə Nazirliyindən verilən yazılı məlumatda Türkiyəyə “Sülh çeşməsi” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyaların ləğv olunduğu bildirilib. Məlumata görə, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [17:57]
Əlcəzair Fransaya qarşı yeni tədbirlər görməyi planlaşdırır
- 17.04.2025 [17:43]
Astanada kafedə 20 nəfər zəhərlənib, aralarında uşaqlar da var
- 17.04.2025 [17:19]
Moldova parlamenti seçkilərin sentyabrın 28-də keçirilməsinə səs verib
- 17.04.2025 [16:48]
“Volkswagen” iqtisadi çətinliklərə baxmayaraq istehsalı artırır
- 17.04.2025 [16:07]
Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib
- 17.04.2025 [15:58]
Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
- 17.04.2025 [15:52]