İQTİSADİYYAT
Abşeron, Xəzər, Binəqədi və Ağstafa rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 1 may (AZƏRTAC). Təmir işləri ilə əlaqədar olaraq mayın 1-də saat 10.00-dan 18.00-dək “Şimal DRES” qazpaylayıcı stansiyasından, “Ağstafa” avtomatik qazpaylayıcı stansiyasından, həmçinin “Müşviqabad” qazpaylayıcı stansiyasından qidalanan “Sulutəpə-Xırdalan”, “Xırdalan” qazpaylayıcı stansiyasından qidalanan “Mexkalon” və “Xırdalan”, “Buzovna 1-97” qaztənzimləyici məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaqdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təmir işləri müddətində Xəzər rayonunun Buzovna, Albalılıq, Zuğulba, Şüvəlan, Bağlar qəsəbəsinə, Xırdalan şəhəri də daxil olmaqla, Abşeron rayonunun Qobu, Güzdək, Hökməli kəndlərinə və Mexkalon adlanan yaşayış massivinə, Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə, Ağstafa şəhəri daxil olmaqla, rayonun Dağkəsəmən, Poylu, Aşağı Kəsəmən, Qıraq Kəsəmən kəndlərinə, Poylu, Qaçaq Kərəm və S.Vurğun qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]