ELM VƏ TƏHSİL
ADNSU-da “Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüş
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında ilk işgüzar görüş olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, yerli layihə üzvləri - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Erasmus Azərbaycan Ofisi rəhbərliyinin iştirak etdikləri görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb.
Eyni zamanda, iştirakçılar iş bölgüsünü müəyyənləşdirib və gələcək görüşlər haqqında razılığa gəliblər.