İDMAN
AFFA İntizam Komitəsinin növbəti iclası Keçirilmişdir
Bakı, 13 avqust (AZƏRTAC). AFFA İntizam Komitəsinin növbəti iclası keçirilmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə çempionatının ikinci turunun oyunları ilə bağlı bəzi qərarlar çıxarılmışdır.
Belə ki, “Qəbələ” – “İnter” matçında “Qəbələ”nin beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunmuşdur.
“Xəzər-Lənkəran” – “Simurq” matçında “Xəzər Lənkəran”ın dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunmuşdur.
“Qarabağ” – “Sumqayıt” matçının 53-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Fərid Baxışov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klubu isə 100 manat cərimə olunmuşdur.