A.G. İşeinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Aleksandr Gennadyeviç İşein “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2012-ci il.