DÜNYA
Ağac oyuğunda ilişib qalmış kaliforniyalını çıxarmışlar
Bakı, 27 oktyabr (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla bildirir ki, ABŞ-ın Kaliforniya ştatının Orinc əyalətində ağacın oyuğunda ilişib qalmış kişini çıxarmaq üçün əməliyyat həyata keçirilmişdir.
Kömək üçün meşədən çığırtı səsi eşidən yerli sakinlərin yardım xidmətinə verdiyi məlumatdan sonra yanğından mühafizə idarəsindən gələn qrupun üzvləri kişini ağac oyuğundan çıxarmaq üçün yarım gün əlləşməli olmuşlar. Bədəninin böyük hissəsinin oyuğun içində olan insanın bayırda təkcə başı və əlləri qalmışdı. Yanğından mühafizə qrupunun üzvləri xüsusi alətlərlə ağacın müəyyən hissəsini mişarlamış və Orinc əyalətinin sakinini bitkinin gövdəsindən azad etmişlər. Hadisə yerinə çağırılmış həkimlər onun zədə alıb almamasını və psixi vəziyyətini yoxlamışlar.
Kişinin oyuqda nə qədər vaxt keçirməsi, oraya necə və nə üçün girməsi məlum deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]