REGİONLAR
Ağcabədi rayonunun daha üç kəndinə qaz xətti çəkilir
Ağcabədi, 11 yanvar, AZƏRTAC
Ağcabədi rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Tərtər regional Qaz-İstismar İdarəsinin Ağcabədi xidmət sahəsindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Ağcabədi şəhərinə, rayonun Hindarx qəsəbəsinə, 33 kəndə, məcburi köçkünlərin məskunlaşdıqları 10 beşmərtəbəli binaya, Taxtakörpü qəsəbəsinə və Bərdə rayonunun Xamtorpaq ərazisindəki 195 ailəlik qəsəbəyə təbii qaz verilib. Təkcə 2016-cı ildə Ağcabədinin Təzəkənd, Qaradolaq, Yeni Qaradolaq, Bala Kəhrizli və Mehrablı kəndləri qazlaşdırılıb, 2242 abonent təbii qazla təmin olunub.
Hazırda rayonun Qiyaməddinli, Gələbədin və Qaravəlli kəndlərinə qaz xətləri çəkilir. Yaxın vaxtlarda bu yaşayış məntəqələrinə təbii qazın verilişi təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:14]
Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb
- 08.05.2024 [20:40]
Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib
- 08.05.2024 [20:16]
Naxçıvanda Kitab festivalı keçirilir
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]