REGİONLAR
Ağcabədidə kitab sərgisi açılıb
Ağcabədi, 28 aprel, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edib.
AZƏRTAC xəbər verir ki, üç bölmədən ibarət sərginin birinci hissəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, ikinci hissədə Ağcabədinin ədəbiyyat, elm və mədəniyyət xadimlərinin əsərləri, üçüncü hissədə isə çağdaş ədəbiyyat nümayəndələrinin kitabları sərgilənib.
Ağcabədi Şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən fləşmob, 5 və 8 nömrəli körpələr evi-uşaq bağçalarının fidanlarının rəqsləri tədbirə rəng qatıb. Sərgi çərçivəsində viktorina təşkil edilib, qaliblər kitablarla mükafatlandırılıb.
Musiqi sədaları altında davam edən kitab sərgisi Ağcabədi sakinləri tərəfindən maraqla qarşılanıb.