REGİONLAR
Ağcabədidə Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir
Ağcabədi, 17 mart (AZƏRTAC). Ağcabədi rayonunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi stadionunda təşkil olunan yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur. Yarmarkaya müxtəlif növ yerli ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, ət, balıq, yağ, yumurta, süd məhsulları çıxarılmışdır. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılmışdır.
Rayon rəhbərliyi satış-yarmarkaya gələrək burada yaradılmış şəraitlə tanış olmuş, məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanmışdır. Sakinlər bayram yarmarkasının təşkilindən, məhsulların keyfiyyətindən və qiymətindən razı qaldıqlarını bildirmişlər.