REGİONLAR
Ağdam: 5 min hektardan çox sahəyə taxıl səpilib
Ağdam, 6 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda payız-tarla işlərinin qızğın çağıdır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, yanvar-oktyabr aylarında 36 min 196 ton taxıl, 5860 ton kartof, 72 min 17 ton tərəvəz, 2454 ton bostan məhsulları, 22 ton günəbaxan, 330 ton qarğıdalı, 29 min 515 ton şəkər çuğunduru yığılıb, meyvə və giləmeyvə istehsalı 2335 ton, üzüm istehsalı 396 ton olub.
Hazırda rayon ərazisində şəkər çuğunduru, tərəvəz və pambıq yığımı davam edir. Eyni zamanda, rayon taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar. Artıq payızlıq əkinlər üçün 12 min 450 hektarda şum qaldırılıb, 697,5 hektar sahədə təkrar əkin aparılıb. 1754 hektar sahədə yaşıl yem üçün xəsil, 5186 hektarda payızlıq dənlilər, o cümlədən 4495 hektarda buğda, 691 hektarda dən üçün arpa səpilib.