İQTİSADİYYAT
Ağdamda doqquz ayın yekunları müzakirə edilmişdir
Ağdam, 3 noyabr (AZƏRTAC). Ağdamda 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Rövşən Hüseynov bildirmişdir ki, məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 73 milyon 762 min manat olmuşdur.
Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verən natiq demişdir ki, rayonun Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun, doğum evi, uşaq xəstəxanası, təcili tibbi yardım stansiyası binalarının tikintisi, mədəniyyət evinin və Ağdam Dövlət Dram Teatrı binasının əsaslı təmiri başa çatdırılmışdır.
Cari ildə rayonun Əfətli, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Küdürlü, Həsənxanlı, İsalar, Qaradağlı, Rzalar, Mahrızlı və Zəngişalı kəndlərinə təbii qaz verilmişdir.
2011-ci ilin 9 ayında 661-i daimi olmaqla 1340 yeni iş yeri açılmışdır. Rayon Məşğulluq Мərkəzinə müraciət etmiş 510 iş axtaran vətəndaşdan 220 nəfəri işlə təmin olunmuşdur.