CƏMİYYƏT
Ağdaş və Göyçayda 2 mindən artıq çətənə kolu məhv edilib
Bakı, 7 iyul, AZƏRTAC
Göyçay və Ağdaş Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Göyçay rayonunun Yalman kəndi ərazisində ümumi çəkisi 425 kiloqram olan 638 ədəd, Ağdaş rayonu Abad kəndi ərazisində isə ümumi çəkisi 800 kiloqrama yaxın olan 1424 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:58]
DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb
- 08.05.2024 [19:29]
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
- 08.05.2024 [19:10]
Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb
- 08.05.2024 [18:59]