REGİONLAR
Ağdaşda su təminatı ilə bağlı üç layihə reallaşdırılacaq
Ağdaş, 2 sentyabr, AZƏRTAC
Ağdaşda dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən üç layihə 15 min 800 hektar sahənin suvarma suyu ilə təmin olunmasına imkan verəcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu gün Ağdaşda pambıqçılığın inkişafı prioritet vəzifədir və son illər bu istiqamətdə ardıcıl tədbirlər görülür. Pambıq əkinləri üçün əlavə torpaq sahələri ayrılır ki, bu sahələrin su təchizatı artıq ümdə məsələyə çevrilib. Bunun üçün ötən ilin iyul ayından bölgədə üç layihə həyata keçirilir. Layihələrdən biri - Yuxarı Şirvan kanalından Qaradeyin kəndinədək yeraltı borularla çəkilən 15,3 kilometrlik su kəmərində işlər artıq yekunlaşmaq üzrədir.
Digər layihələr – Türyançayda su anbarının tikintisi və Kür çayında nasos stansiyasının qurulması işləri davam etdirilir.