REGİONLAR
Ağsuda “mavi yanacağ”ın verilişində yaranan problem aradan qaldırılıb
Ağsu, 28 noyabr, AZƏRTAC
Gecə saatlarında Ağsu şəhərinə və 44 kəndə “mavi yanacağ”ın verilişində problem yaranıb.
Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin Ağsu Xətti İstismar Xidmətinin rəisi Natiq Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aparılan təmir işləri ilə əlaqədar noyabrın 27-də səhər saat 10-da Ağsu qaz xətti bağlanıb və qazın verilişi köməkçi xəttə keçirilib. Lakin qaz kəmərinin bir neçə xəttini qidalandıran qurğuda nasazlıq olub və axşamüstü saat 16-dək bu problem aradan qaldırılıb.
Qeyd edək ki, xətlərdəki digər nasazlıqlar səbəbindən saat 16-dan sonra da Ağsu şəhərinin yarısına və kəndlərə qaz verilməyib.
Ağsu Regional Qaz İstismar İdarəsindən bildirilib ki, noyabrın 28-də saat 11:45-də qazın verilişi tam bərpa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]
Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb
- 08.05.2024 [16:34]