SİYASƏT
AĞSULULAR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD EDİRLƏR
Ağsu, 7 may (AZƏRTAC). Ağsu Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə yığıncaq keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Natiqlər umummilli liderimizin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmancasına mübarizəsindən, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, ulu öndərimizin müdrikliklə həyata keçirdiyi siyasi və iqtisadi islahatlar gənc, müstəqil respubilkamızın dinamik inkişafını təmin etmişdir. Böyük dövlət xadimi Azərbaycanın dünya birliyində layiqli yer tutmasına nail olmuşdur. Xalqımızın bu qəhrəman oğlunun böyük səyi ilə əbədi müstəqillik qazanmış Azərbaycan onun siyası kursunun layiqli davamçısı, Prezdent İlham Əliyevin rəhbərliyi ilə getdikcə qüdrətlənir, işıqlı sabaha doğru inamla irəliləyir.