CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
Bakı, 23 avqust, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının birgə təşkilatçılığı ilə avqustun 26-da Xəzər rayonu, Şüvəlan qəsəbəsində Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələrlə görüş və xeyriyyə aksiyası keçiriləcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komitə sədri Hicran Hüseynova və YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın iştirakı nəzərdə tutulur.
Aksiya çərçivəsində aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq yardımı ediləcək, uşaqlara məktəb ləvazimatları və məktəbli forması veriləcək.