AKADEMİK İ.D. MUSTAFAYEVİN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu ilin fevral ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanın elmi və ictimai-siyasi həyatında mühüm xidmətlərini nəzərə alaraq, İmam Mustafayevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə İmam Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2010-cu il.