Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Musa Əliyev “Elmin haqq çırağı”nda

Akademik Musa Əliyev “Elmin haqq çırağı”nda

Bakı, 25 noyabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycanın elə elm fədailəri var ki, onlar haqqında nə qədər deyilsə də, yazılsa da yenə azdır. Onların həyat yolu, elmi nailiyyətləri böyük bir məktəb, örnək olmaqla yanaşı, həm də mənsub olduqları millət üçün fəxr və iftixar yeri, qürur mənbəyidir. Bu günlərdə “Elm” nəşriyyatında nəfis tərtibatda çap olunan “Elmin haqq çırağı” (akademik Musa Əliyevin həyatı, fəaliyyəti və dövrü) kitabı da məhz belə elm adamlarından birinə həsr olunub. Kitab görkəmli elm fədaisi Musa Əliyevin həyat yoluna işıq salır, onu oxuculara daha yaxından tanıdır.

AZƏRTAC xəbər verir ki, filologiya elmləri doktoru Almaz Ülvinin (Binnətova) müəllifi olduğu kitab Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə ithaf olunub. AMEA-nın rəyasət heyətinin qərarı ilə nəşr olunan 184 səhifəlik kitabda akademik Musa Əliyevin həyatı, elmi, elmi-təşkilatı, ictimai və dövlət xadimi kimi fəaliyyəti, eləcə də yaşadığı dövrdən bəhs olunur.

Kitabı vərəqlədikcə böyük alimin fədakarlığını, xalqına, millətinə bağlılığını, insanlara, insanlığa sevgisini hiss etməmək mümkünsüzdür.

Almaz Ülvinin gərgin əməyinin bəhrəsi olan bu nəşrdə “Gələcək nəslə örnək ömür”, “Dağı, daşı, çəməni, şeir dolu xəzinə”, “Ömrün Aşqabad səhifəsi”, “Musa Əliyevin elm ustadları”, “Moskvada ilk iş həyatı” və digər sərlövhəli yazılarla yanaşı, görkəmli elm adamlarının M.Əliyevlə bağlı xatirələri, haqqında yazılmış kitablar barədə məlumatlar da geniş yer alıb.

Kitabı vərəqlədikcə bəlli olur ki, 1908-ci il aprelin 11-də Şamaxıda dünyaya göz açan Musa Mirzə oğlu Əliyev uşaqlıq illərinin bir hissəsini Orta Asiyada - Aşqabadda keçirib. Şamaxının varlı tacir ailəsində doğulmuş bu insanın uzaq məmləkətlərə qədər gedib çıxan ömür yolu zəngin və kövrək faktlarla boldur. Geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş, akademik Musa Əliyev XX əsr Azərbaycan elm tarixinin parlaq səhifələrində öz yeri olan böyük şəxsiyyətlərdəndir. Tale ona möcüzəli bir sənət qismət etmişdi, geoloq idi - yer qabığının müxtəlif qatlarını araşdırmaqla, eləcə də elmimiz, iqtisadiyyatımız üçün faydalı bir vasitəyə çevirməklə elmi istəklərini həyata keçirirdi. O, Allahın verdiyi bu imkandan xalqın ürəyində məhəbbət qazanacaq səviyyədə yararlanıb, unudulmaz bir iz qoyub. Musa Əliyev öz neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya (paleontologiya - həm də neftin yaranmasının əsaslarını araşdıran, öyrənən elmdir) sahəsində qazandığı uğurlarla yanaşı, həm də böyük məktəb yaratmışdır, elmin bu sahəsində çalışan alimlərimiz məhz onun davamçıları, yetirmələridir.

Nəşrdə böyük qürur hissi ilə bir daha vurğulanır ki, beynəlxalq miqyasda nüfuz qazanmış bu böyük şəxsiyyətin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.

Kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru və rəyçisi akademiyanın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyevdir. Nəşrin redaktoru, professor İsmayıl Məmmədlidir.

Kitabın “Ön söz” əvəzində deyilir: “Azərbaycan Milli Elmlər Akademiyasının 70 ilinin zirvəsindəki dərinliklərin sirrinə bələd olmaq üçün yolumuza çıraq kimi bir iz seçdik: akademik Musa Əliyevin ömrünə - həyatının enişli-yoxuşlu yollarına, elmi uğurlarına, elmi təşkilatı qüdrətinə nəzər salmaqla həm də akademiyanın ilk onilliklərinə ekskurs etməli və sonrakı uğurlarımızın o illərdəki özülünün şahidi olduq. Bir alim ömrünə - taleyinə yazılan səhifələri vərəqləməklə ruhunu yad etdik və o illəri gözümüzdə, könlümüzdə bir daha yaşadıq, öyrəndik. Unudulmaz şəxsin fəaliyyəti müstəvisində həm akademikin öz ömrü - taleyi, həm də yaşadığı tarixin ictimai - siyasi ab-havası, XX əsr milli elm tarixində açılan hər yeni səhifənin bünövrə daşının qoyulması, XXI əsr daşınan elmi- nəzəri təcrübələr bu kitabımızın qayəsi oldu”.

İnanırıq ki, “Elmin haqq çırağı” kitabını oxuyacaq hər bir kəs Azərbaycanın böyük ziyalısı Musa Əliyevin ömür yolu və elmi yenilikləri ilə tanış olmaqla yanaşı, həm də əsl ziyalı, alim, vətəndaş, vətənsevər bir insanı daha yaxından tanımaq imkanı qazanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub VİDEO

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat