ELM VƏ TƏHSİL
Akademik Vitauts Tamujs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda olmuşdur
Bakı, 19 sentyabr (AZƏRTAC). Avropa Elmlər Akademiyasının və Latviya Elmlər Akademiyasının akademiki, “Kompozit Materiallar Mexanikası” Beynəlxalq elmi jurnalının baş redaktoru, Polimerlər Mexanikası İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vitauts P.Tamujs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) olmuşdur.
BPKİYİ-dən AZƏRTAC-a bildirmişlər ki, bu institutunun professor-müəllim heyəti ilə görüşdə akademik V.P.Tamujs “Kompozit materiallar: keçmiş, bu gün, gələcək” mövzusunda məruzə etmişdir. O, rəhbərlik etdiyi elmi jurnalla, həmçinin Latviya alimləri ilə BPKİYİ-nin alimləri ilə əməkdaşlığından məmnunluğunu bildirmiş, institutun alimlərinin kompozit materiallar mexanikası sahəsində son illər aldığı elmi nəticələri yüksək qiymətləndirmişdir.