İQTİSADİYYAT
Aleksandr Novak: “Türk axını” layihəsinin dayandırılması ilə bağlı Türkiyədən hər hansı bir məlumat almamışıq
Bakı, 31 iyul, Nihat Budaqov, AZƏRTAC
“Türk axını” qaz boru kəməri layihəsi ilə bağlı Hökumətlərarası Sazişlə əlaqədar işlər aparılır. Bildiyimiz qədəri ilə Türkiyə tərəfi də bununla bağlı işləri davam etdirir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. “Türk axını”nın ləğvinə dair yayılan xəbərləri təkzib edən A.Novak Türkiyə tərəfindən layihənin dayandırılması ilə bağlı hər hansı bir məlumat almadıqlarını deyib.
“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]