Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aleksey Naumov: Zaman Ermənistanın əleyhinə işləyir

Aleksey Naumov: Zaman Ermənistanın əleyhinə işləyir

Bakı, 24 avqust, AZƏRTAC

AZƏRTAC rusiyalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Naumovla müsahibəni təqdim edir.

-Birinci sualım BMT Təhlükəsizlik Şurasının iclası barədədir. Ermənistan orada yenə də guya Azərbaycanın Qarabağ bölgəsində sözdə “humanitar böhran” olması barədə yalan iddialarla çıxış etdi və diplomatik fiaskoya düçar oldu. Azərbaycanın təqdim etdiyi ermənilərin həmin ərazidə guya “aclıq” şəraitində əylənməsini göstərən fotoşəkillərdən ibarət sübutlar hər hansı sözdən daha inandırıcı idi. Bununla belə, Ermənistan xarici güclərin iştirakı ilə qərarlar qəbul edilməsi üçün inadkar təzyiq göstərməklə ilə nəyə nail oldu?

-BMT Təhlükəsizlik Şurasının sonuncu iclasında Ermənistan bütün gücünü, diasporun imkanlarını, beynəlxalq təşkilatlarda əlaqələrini səfərbər etmişdi. Lakin bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər, yəni onlar təsdiq etdilər ki, Azərbaycan qeyd-şərtsiz özünün beynəlxalq səviyyədə tanınmış ərazilərinə nəzarət etmək hüququna malikdir. Başqa sözlə desək, erməni tərəfinin Laçın yolunu və ya Ağdam-Xankəndi yolunu istifadə etmək barədə qaldırdığı məsələyə gəldikdə, Azərbaycan bununla bağlı sanballı faktlar təqdim etdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışı dəqiq, məzmunlu və inandırıcı idi. Nəticədə, Ermənistan böyük diplomatik məğlubiyyətə uğradı. Ermənilər istədiklərinə nail ola bilmədilər.

-Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini şərh edərkən, Rusiyanın rəsmi şəxsləri hər dəfə Rusiya Prezidenti Vladimir Putinin şəxsən iştirakı ilə imzalanmış üçtərəfli Bəyanata istinad edirlər. RF-nin daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında bu barədə danışdı və üçtərəfli Bəyanatı normallaşma prosesinin “yol xəritəsi” adlandırdı. Əgər Rusiya üçtərəfli Bəyanata sadiqliyinə belə əhəmiyyət verirsə, onda necə olur ki, bu sənədin imzalanmasından üç il sonra hələ də erməni silahlı qüvvələrinin tör-töküntüləri Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmayıb? Bu, sözügedən Bəyanatın dördüncü maddəsinin pozulması demək deyilmi? Siz yaranmış paradoksal vəziyyəti necə qiymətləndirirsiniz?

-Şübhəsiz ki, üçtərəfli Bəyanat əsas, eyni zamanda, Cənubi Qafqazda vəziyyətin diplomatik yolla nizama salınması üçün hazırda mövcud olan yeganə sənəddir. Eyni zamanda, unutmaq olmaz ki, məsələnin Azərbaycanın da öz ərazi bütövlüyünü təmin etmək üçün qələbə qazandığı hərbi yolla həlli variantı da var. Azərbaycan Ordusu müzəffərdir! Bununla yanaşı, qeyd etməliyəm ki, üçtərəfli Bəyanatda Rusiyanın sülhməramlı kontingentinin nizamlanma məsələsində roluna dair mürəkkəb bir məqam var. Əgər üçtərəfli Bəyanatın mətninə diqqət yetirsək, görərik ki, orada Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qruplaşmalarının çıxarılması ilə paralel şəkildə yerləşir, lakin orada yazılmayıb ki, erməni silahlı qruplaşmalarının ərazidən çıxarılması ilə məhz rus sülhməramlıları məşğul olmalıdır. Əlbəttə, mən istərdim ki, rus sülhməramlıları bu səlahiyyətlərə malik olsunlar, lakin bu məsələ üçtərəfli formatda həll olunmalıdır. Üçtərəfli Bəyanatın bir tərəfi kimi, Ermənistan öz üzərinə erməni silahlı dəstələrinin çıxarılması öhdəliyini götürüb, amma bu vaxta qədər həmin müddəanı yerinə yetirməyib. Yəni, burada təqsir Ermənistan tərəfindədir. Zənnimcə, tamamilə mümkündür ki, Azərbaycan Ermənistanın etibarsız olduğunu və beynəlxalq sazişlərə hörmət etmədiyini görərək, üçtərəfli Bəyanatın imzalanmasından 5 il sonra Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşməsi müddətinin uzadılmasına razı olmaya və məsələni güc yolu ilə həll etməyə üstünlük verə bilər. Beləliklə, zaman Ermənistanın əleyhinə işləyir. Əgər İrəvan üçtərəfli Bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri könüllü şəkildə yerinə yetirməsə, şübhəsiz ki, onu buna məcbur etmək üçün başqa üsul da tapıla bilər.

-Bu ilin fevralından bəri Ermənistanda Avropa İttifaqının sülhməramlı missiyası fəaliyyət göstərir. Bunun motivləri aydındır, lakin həmin missiyadan hər hansı nəticə gözləmək olarmı? Onun üzvlərinin mövqeyi qərəzli və birtərəfli olmayacaq? Təkcə bir fakt bunu təsdiq edir. Missiya erməni tərəfinin guya Aİ nümayəndələrinin Azərbaycan tərəfindən atəşə tutulması haqqında ittihamlarını əvvəlcə rəsmi şəkildə təkzib etdi, amma sonra görünür ki, erməni lobbisinin təzyiqi altında insidentin təqdimi formasını daha qeyri-müəyyən şəkildə dəyişdi.. Bu barədə sizin fikrinizi bilmək istərdim.

-Aİ-nin missiyası erməni tərəfinin münaqişənin uzadılması və bu məsələyə yeni beynəlxalq vasitəçilərin cəlb edilməsi üçün göstərdiyi səylərdən biridir. Qarabağda təkcə rus sülhməramlı kontingentinin fəaliyyət göstərməsi Ermənistan tərəfini qane etmir. Hesab edirəm ki, Aİ yaranmış şəraitdə özünün etibarlı vasitəçi statusunu itirib. Hamı Fransanın BMT Təhlükəsizlik Şurasının iclasında hərəkətlərinin şahidi oldu. Aydındır ki, Aİ bu gün heç də tərəfsiz və qərəzsiz mövqe nümayiş etdirmir. Bu səbəbdən Ermənistan sadəcə Aİ-dən yararlanmağa çalışdı, bu sözdə “müşahidəçiləri” dəvət etməklə siyasi dividendlər qazandı. Lakin məlumdur ki, onlar vəziyyətə təsir etməyəcək və məsələnin nizama salınmasında heç bir müsbət rol oynaya bilməyəcəklər. Tanrı qorusun ki, onların rolu mənfi olmasın...

-Sonuncu sualım. Şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenə gərginləşib, hər gün atışmalar olur. Ermənistan bununla nəyə nail olur? Kimə arxalanır? Əgər məqsəd danışıqlara əngəl törətmək və vaxtı yubatmaqdırsa, onda rəsmi Bakı da dəfələrlə bəyan edib ki, daha çox gözləmək niyyətində deyil. Sizin fikrinizcə, tərəflər arasında növbəti hərbi qarşıdurma ehtimalı nə dərəcədədir?

-Hazırda, Ermənistanın əlindəki sonuncu diplomatik “kozır kartı” əlindən çıxdığı bir vaxtda, həmçinin erməni tərəfinin təşəbbüsü ilə şəraitin yüksək beynəlxalq səviyyədə müzakirə olunduğu bir vəziyyətdə İrəvan istədiyinə nail olmayıb. Küncə sıxışdırılmış separatçı isə saman çöpündən də tutmağa cəhd edə bilər. Aydındır ki, Ermənistan bütün cəbhələrdə məğlub olub, bu ölkə nə iqtisadi, nə də hərbi müstəvidə Azərbaycanla yarışa bilməz. BMT Təhlükəsizlik Şurasının iclasından sonra məlum oldu ki, diplomatik sahədə də vəziyyət belədir. Ona görə də təxribatların güclənməsi, hətta deyərdim ki, gərginliyi daha da artıracaq bəzi cəhdlərin edilməsi ehtimalı mövcuddur. Lakin bunların hamısı ümidsizliyin əlamətidir.

Söhbəti apardı

Nadiyə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək