DÜNYA
Alimlər beyin üçün molekulyar dəyişdirici açar aşkar etmişlər
Bakı, 10 mart (AZƏRTAC). Heç kəsə sirr deyil ki, yeniyetmə beyni daha çevikdir, yenilikləri yaşlılara nisbətən daha tez qavramaq qabiliyyətinə malikdir. Yaşlı vaxtında yeni dil öyrənməyə cəhd göstərən bir adamdan soruşun. Çeviklik gənc beynin zədəalmadan daha tez bərpa olunmasına da kömək göstərir. Yel Universitetinin tədqiqatçıları zamanı səmərəli şəkildə geri döndərmək və qoca beyni cavanlaşdırmaq üsulunu tapmışlar.
Biz yaşlaşdıqda beynimiz daha sabit, yeniyetmə vaxtlarındakına nisbətən qeyri-çevik olur. Bu, qismən işlə və yeganə bir genin idarə olunması ilə bağlıdır.
Alimlər müəyyən etmişlər ki, bu geni olmayan siçanlar yaşlı vaxtda da beyinin çeviklik səviyyəsini əvvəlki kimi saxlamışlar. Bu Nogo reseptorlarından məhrum olan yaşlı siçanların kəllə-beyin zədəsindən balaca siçanlardakı sürətlə tez sağalmasına imkan vermişdir.
Tədqiqatçılar həmçinin göstərmişlər ki, Nogo reseptoru yaddaşın itməsini ləngidir, belə ki, Nogo reseptoru olmayan siçanlar stres vəziyyətlərdə yaddaşlarını reseptorlu siçanlara nisbətən daha sürətlə itirmişlər. Tədqiqatçıların qənaətinə görə, bu təsdiq edir ki, reseptorun manipulyasiyası zədəalmadan sonrakı stres pozğunluqlarından əziyyət çəkən insanların müalicəsinə kömək göstərə bilər.
Doktor Stiven Strittmatter, nevrologiya professoru, neyrobiologiya üzrə professor, “Neuron” jurnalında dərc olunmuş məqalənin başlıca müəllifi Vinsent Kouts deyir: “Biz beynin ilkin inkişafı haqqında çox şey bilirik. Amma onun sonrakı yeniyetmə yaş dövründə beyində baş verənlər barədə məlumatımız azdır”.