DÜNYA
Alimlər kəşf etmişlər ki, alkoqol insanın beynini daha yaradıcı işləməyə məcbur edir
Bakı, 13 aprel (AZƏRTAC). ABŞ-ın İllinoys Universitetinin araşdırması sübut etmişdir ki, içməyi özünə rəva görən kişilər çətin bilməcələrin öhdəsindən içki içməyənlərə nisbətən daha yaxşı gəlirlər.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, bu zaman onlar nəinki təkcə düzgün cavablar verirlər, həm də tapşırığı daha sürətlə yerinə yetirirlər.
Alkoqol analitik düşünməyə mane olmaqla yaradıcı təfəkkürə sərbəstlik verir. Bu da çox güman ki, lazımi həll variantlarını tapmağa kömək edir. Hesab edilir ki, spirtli içkinin dörd vahidi (iki şərab qədəhinə yaxın) kreativ təfəkkürün aktivləşməsi üçün ideal həcmdir.
Bunu 40 sağlam adam üzərində aparılan təcrübə sübut etmişdir. Könüllülərə “qəpik”, “sürətli” və “qaşıq” tipli üç söz verilmişdir. Onlara bütün əvvəl gələnləri birləşdirən dördüncü sözü tapmaq lazım idi. Eyni zamanda təcrübə iştirakçılarının yarısına təcrübədən əvvəl içməyə icazə verilmişdir.
Nəticədə içki içənlər 40 faiz artıq tapşırıq həll etmişlər. Onlar cavaba təxminən 12 saniyə, ayıqlar isə 15,5 saniyə vaxt sərf etmişlər.