ELM VƏ TƏHSİL
Alman və fransız dilləri dərsliklərinin müzakirəsi davam etdiriləcəkdir
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 11-də xarici dil (alman və fransız dilləri) fənləri üzrə dərslik və müəllim üçün metodiki vəsaitin elmi-metodiki monitorinqi ilə bağlı növbəti seminar keçiriləcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin müvafiq sinifləri üçün alman və fransız dilləri dərsliklərinin (dərsliklər məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından) və müəllim üçün metodiki vəsaitlərin müzakirəsi davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]