Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 sentyabr 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin