Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 8-9-da Bakıda memarlıq-tikinti akustikası sahəsində mütəxəssisləri, memarları, layihəçiləri və tikinti sektorunun 15-dən çox ölkədən təmsilçilərini bir araya gətirəcək XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu (MAİF) keçiriləcək. Forumun təşkilatçısı “Cinecon” şirkəti, həmtəşkilatçısı isə “Akustik Qrupp” holdinqidir.

MAİF 10 ildən çoxdur ki, müxtəlif təyinatlı obyektlərin akustik layihələndirilməsinə müasir yanaşmaların, səs-küy və vibrasiyadan mühafizənin, akustik komfortun inkişafının və şəhərin səs mühiti ilə işləməyin müzakirə edildiyi platforma kimi fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu il forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Rumıniya, Türkiyə, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər. Konfransın əsas hadisəsi memarlıq-tikinti akustikasının aktual problemlərinə həsr edilən sessiya olacaq.

“Cinecon” MMC-nin direktoru, MAİF-in Təşkilat Komitəsinin üzvü Fəxrim Quluzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində forumun Bakıda keçirilməsinin xüsusi hadisə olduğunu bildirib.

“MAİF-in 14 illik tarixində forum ilk dəfə Bakıda keçirilir. Hazırda hazırlıq işləri fəal şəkildə davam etdirilir, əsas proqram artıq formalaşdırılıb.

Proqramı mümkün qədər praktiki və real layihələrlə əlaqəli şəkildə hazırlamağa çalışmışıq. Əsas nümunələrdən biri Heydər Əliyev Mərkəzidir. “MEZZO Stüdyo Ltd.” şirkətinin idarəedici tərəfdaşı Zühre Sü Gül binanın və onun tamaşa zalının akustik layihələndirilməsi barədə danışacaq. Bununla yanaşı, proqram daha geniş məsələləri əhatə edir - yaşayış binalarında səs izolyasiyası, nəqliyyat və mühəndis avadanlıqlarından yaranan səs-küy və vibrasiyadan mühafizə, akustik komfort və müasir mühəndislik həlləri.

Oktyabrın 8-də əsas beynəlxalq konfrans, 9-da isə dəyirmi masa formatında tərəfdaş və diler görüşü keçiriləcək. Forumun peşəkar dialoq üçün platformaya çevrilməsi bizim üçün vacibdir. İştirakçıların sonradan Azərbaycanda və MDB ölkələrində real layihələrə çevrilə biləcək həllər və əlaqələr əldə etmələrini istəyirik”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, bu cür forumların keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir.

“Ölkə tikinti və şəhər infrastrukturunu fəal şəkildə inkişaf etdirir, 2026-cı il isə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Bu proseslər ölkənin hər yerində müşahidə olunur. Bakını nümunə götürsək, şəhərdə fəal tikinti işləri aparılır, yeni ictimai məkanlar yaradılır, nəqliyyat infrastrukturu inkişaf etdirilir. Baş plana əsasən, 2040-cı ilədək paytaxtın əhalisi bir neçə yüz min nəfər arta bilər. Bununla yanaşı, səs-küy yükü qaçılmaz olaraq artır və müvafiq olaraq, binalarda akustik komforta dair tələblər yüksəlir.

Ona görə də bu gün akustika və səs izolyasiyası məsələlərinə obyekt artıq tikilib problemlər yarandıqdan sonra deyil, hələ layihələndirmə mərhələsində diqqət yetirilməsi vacibdir. MAİF də məhz belə təcrübə mübadiləsinə şərait yaradır: real obyektləri, müasir mühəndislik həllərini və müxtəlif ölkələrdə tətbiq olunan yanaşmaları müzakirə etmək mümkündür. Son nəticədə bizim məqsədimiz odur ki, binanın keyfiyyəti qiymətləndirilərkən akustik komfort da təhlükəsizlik, memarlıq və enerji səmərəliliyi kimi nəzərə alınsın”, - deyə F.Quluzadə vurğulayıb. Onun fikrincə, bu gün memarlıq-tikinti akustikası mövzusu yaşayış binalarından və hotellərdən tutmuş məktəblərə, xəstəxanalara, ofislərə və ictimai məkanlara qədər demək olar ki, bütün növ obyektlər üçün aktualdır.

“Müasir şəhər səs-küy və vibrasiya mənbələri ilə zəngindir: bunlara nəqliyyat, mühəndis avadanlıqları, yüksək tikinti sıxlığı, müxtəlif funksiyalı məkanların qonşuluğu daxildir.

Mənzil tikintisi xüsusilə diqqətçəkən nümunədir. Ötən il Azərbaycanda 4,6 milyon kvadratmetrdən çox mənzil sahəsi istifadəyə verilib. Lakin burada əsas məsələ həmin kvadratmetrlərin keyfiyyətidir. İnsan qonşularının səsini, liftin, mühəndis sistemlərinin və ya pəncərənin arxasındakı nəqliyyatın səsini eşidirsə, bu, birbaşa yaşayış komfortuna və nəticədə sağlamlığına və vəziyyətinə təsir göstərir.

Buna görə də akustikaya yanaşmanın özü dəyişir. Akustik həlləri ilkin mərhələdə düzgün nəzərə almaq tikinti başa çatdıqdan sonra çatışmazlıqları aradan qaldırmaqdan daha səmərəlidir. Məhz buna görə “developer” şirkətləri, memarlar və investorlar tərəfindən bu mövzuya böyük maraq görürük”, - deyə Agentliyin həmsöhbəti əlavə edib.

Müəllif – Anara Axundova

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Misir Yaxın Şərqdə gərginliyi azaltmaq üçün dördtərəfli koordinasiya mexanizmi təklif edib

Vətən müharibəsinin xronikası: 28 oktyabr

İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir

Elnur Soltanov: 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması 2 milyard dollar investisiyanın cəlb olunması deməkdir

Bişkekdə fərdi məlumatların qorunması üzrə beynəlxalq forum keçirilir

Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib

Çində duz yığımı mövsümündən maraqlı görüntülər – FOTOLAR

Maksim Medvedev: Uşaqlara dəstək olmalıyıq, onların əlindən telefonu, sosial şəbəkələri ala bilmərik

BMT Proqramının direktoru: Azərbaycanda olmaq böyük sevincdir

Nazir müavini: Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib

Qazaxıstanda 2027-ci ildə “Balxaş” AES-in tikintisinə başlamaq təklif olunub

Qətər nümayəndəsi: Məkkə Konvensiyası əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmdir

Nazir müavini: Gələn il dizel avtobuslar tamamilə dövriyyədən çıxarılacaq

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sülh və tolerantlığın təşviqində mühüm platformadır- ŞƏRH

Paytaxtın Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb VİDEO

Pyerluici Kollina: Azərbaycanlı hakimlər dünya çempionatında əla iş görürlər

“Enterprise Azerbaijan” portalı 70-dən çox startapı investorlara təqdim edəcək

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik

Azərbaycan təmsilçilərinin FIBA Avropa Kubokunda növbəti sınağı

Azərbaycanlı alimlər Qazaxıstandakı beynəlxalq konfransda çıxış ediblər

Vajiha Harris: Münaqişə bölgələrində qadınların yükü ikiqat ağırdır, onların ehtiyacları xüsusi diqqət tələb edir

Metan emissiyalarının azaldılması Azərbaycanın iqlim hədəflərinə nail olması baxımından mühüm əhəmiyyət daşıyır

Nazir müavini: Forumda 5 qitəni təmsil edən 44 ölkədən 100-dən çox gənc iştirak edir

İnformasiya Texnologiyaları İnstitutunda qeyri-səlis reqressiya modelləri ilə bağlı məruzə dinlənilib

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Yevlaxda avtomobil aşıb, 2 nəfər ölüb VİDEO

Deputat: İqlim hədəflərini müəyyən etməkdən daha vacibi onları real nəticələrə çevirməkdir

Azərbaycanın millisinin baş məşqçisi: Əminəm ki, futbolçular U-15 dünya çempionatındakı anları uzun müddət xatırlayacaqlar

Fərhad Hacıyev: Gənclər dəyişən dünyaya uyğunlaşmaqla yanaşı, inkişafa təsir göstərmək gücünə malikdirlər

Aşqabadda Xəzər dənizi sahilyanı ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası keçirilir

FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub

Baş prokuror: Azərbaycan Məkkə Konvensiyasına qoşulmağı planlaşdırır

BMT rəsmisi: Qadınların iqtisadi imkanları genişləndirilməli, təhsili layiqli iş imkanları ilə əlaqələndirilməlidir

Fransız professor: Mədəniyyətlərarası dialoq sülhün və fundamental insan hüquqlarının təşviqinə xidmət edir

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

Fərid Cəfərov: Müasir dünya gənclərə öz potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

Üç ölkənin müdafiə nazirləri Qara dənizin təhlükəsizliyini müzakirə edəcəklər

Ali təhsil müəssisələrində İT üzrə beynəlxalq təhsil proqramına qeydiyyat başlayır

Sunniya Durrani-Camalı: AİB regional yaşıl enerji əlaqələrinin qurulması istiqamətində iş aparır

Anais Dagrou: Qızların rəqəmsal imkanlara çıxışı genişləndirilməli, süni intellekt üzrə bilikləri artırılmalıdır

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

Akademik Kamal Abdulla: “Öyrədərək öyrənirik” prinsipi təhsilin əsasını təşkil edir

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir

Dmitro Şlapaçenko: Azərbaycan ilə BMT arasında formalaşmış tərəfdaşlıq sosial-iqtisadi inkişafa töhfələr verib

BƏT: Dünyada təxminən 66,5 milyon ev işçisi qeyri-rəsmi şəkildə çalışır

BMT Baş katibinin müavini: Gənc nəsil müharibə deyil, sülh nəsli olmalıdır

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir

Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib

Firudin Qurbanov: Təhsili zəif olan insanları yanlış istiqamətə yönəltmək daha asandır

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir

Bakıda “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” mövzusunda sessiya təşkil olunub

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına

İsraildə seçkilərin ilkin “exit-poll” nəticələri açıqlanıb

Fethi Mansouri: Sosial həmrəylik və ədalət insan tərəqqisinin əsasını təşkil edir

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olur

Nazir müavini: Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Özbəkistanda Mərkəzi Asiya və Azərbaycan gənc liderlərinin dialoqu keçirilir

Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir VİDEO

Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib

Azərbaycan və Belarus: Hərbi-texniki tərəfdaşlıqdan gələcəyin birgə texnologiyalarına

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir

Ağdaş və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

® “Baku Steel Company” Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim edib

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

Azərbaycan nefti 122 dollara satılır VİDEO

ABŞ Yaxın Şərqə “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib VİDEO

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib