ELM VƏ TƏHSİL
AMEA-da magistrlərin dissertasiya işlərinin müdafiəsi yekunlaşıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 4-dən 13-dək AMEA-nın magistraturasında ayrı-ayrı ixtisaslar üzrə ixtisaslaşdırılmış magistr dissertasiyalarının müdafiə şuralarının iclasları keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müdafiə şuralarında 37 ixtisaslaşma üzrə 63 magistrin dissertasiya müdafiəsi reallaşıb. Akademiyanın magistrləri dissertasiya işlərini yüksək səviyyədə təqdim ediblər. Onların dissertasiya işləri müdafiə şuraları tərəfindən müzakirə edilərək qiymətləndirilib.
Nəticələrə əsasən ,2018/2019-cu tədris ilində AMEA-nın 63 tələbəsi magistrlik dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək magistr elmi-ixtisas dərəcəsinə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:01]
Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa
- 08.05.2024 [18:33]
Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır
- 08.05.2024 [17:55]