Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

AMEA Naxçıvan Bölməsinin illik hesabat yığıncağı keçirilib

AMEA Naxçıvan Bölməsinin illik hesabat yığıncağı keçirilib

Naxçıvan, 15 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2016-cı ildəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA Naxçıvan Bölməsinin il ərzində nəşr etdirdiyi monoqrafiyalardan, kitablardan, elmi məqalə, tezis və konfrans materiallarından, dərman otlarından ibarət sərgiyə baxış olub.

Yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsinin tərkibindəki elmi müəssisələrdə 2016-cı il üçün təsdiq edilmiş plana uyğun olaraq 6 elmi istiqamətdə 31 işin yerinə yetirilməsi nəzərdə tutulub. Elmi-tədqiqat işləri 76 mərhələ üzrə tamamlanıb.

İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin ayrı-ayrı institutlarının fəaliyyəti barədə ətraflı məruzə edib. Qazanılan nailiyyətlər elektron lövhədə nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək deyib ki, hər bir cəmiyyətdə elmin inkişafı onun mənsub olduğu dövlətin siyasəti ilə qırılmaz vəhdət təşkil edir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə elmin inkişafına çalışıb, daim elmə üstünlük verib. Ulu Öndərin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasıdır. 14 il bundan əvvəl qəbul edilmiş bu mühüm dövlət sənədində Ulu Öndərin muxtar respublikada elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadənin səmərəliliyinin artırılması barədə göstərişləri, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tapşırıqları öz əksini tapıb.

“Akademiyanın Naxçıvan Bölməsinin fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində Ümummilli Liderin göstəriş və tapşırıqlarının icrası istiqamətində ardıcıl tədbirlər görülüb”, - deyən Əli Həsənov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Mərkəzi Aparatı, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Bioresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilib. Batabat Astrofizika Rəsədxanası üçün inzibati bina istifadəyə verilib, rəsədxananın teleskop sistemi yenidən qurularaq tam avtomatlaşdırılıb. Həmçinin ötən müddətdə “Nəbatat bağı”nın sahəsi genişləndirilib, inzibati bina ilə təmin edilib və müasir texnologiyaya malik istixana qurulub. Bölmənin Seysmoloji xidmət mərkəzində müasir avadanlıqlar quraşdırılıb, Mərkəzi Elmi Kitabxananın bazasında elektron kitabxana yaradılıb və lazımi avadanlıqlarla təchiz edilib. Bölmədə “Tusi” nəşriyyatı fəaliyyətə başlayıb. Bundan əlavə, “Vətən tarixi”, “Arxeologiya”, “Müəssisələrin təşkili və idarə olunması”, “Fiziki kimya” və “Botanika” ixtisasları üzrə iki dissertasiya şurası yaradılıb. Bu şuraların muxtar respublikada elmi kadr hazırlığında mühüm rolu var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2009-cu ildə keçirilən hesabat yığıncağında çıxışı zamanı deyib: “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etdirilməlidir. Göstərilən diqqət və qayğıdan nəticə çıxarılmalı, elmi-tədqiqatların faydalı iş əmsalı artırılmalıdır”.

Qeyd olunub ki, verilən tapşırıqların icrası istiqamətində bir sıra işlər görülüb, elmi istiqamətlər yeni arxeoloji materiallarla zənginləşdirilib, təcrübi tədqiqatlara diqqət artırılıb. Ali Məclislə və Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası ilə birgə həyata keçirilən layihələr uğurlu olub, fundamental nəşrlər çap edilərək elmi ictimaiyyətə təqdim edilib. Lakin bütövlükdə yaradılan şəraitdən lazımınca istifadə edilməyib.

Əli Həsənov deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, onun institutlarının və digər tabeli qurumlarının 9 aylıq fəaliyyəti ilə bağlı 2016-cı il sentyabrın 20-27-də aparılan müzakirələr zamanı məlum olub ki, bölmədə kadrların seçilməsi və yerləşdirilməsi işinə tələbkar yanaşılmayıb, ştatların əksəriyyəti boş qalıb. Bunun nəticəsində bəzi şöbələr tam komplektləşdirilməyib, muxtar respublika üçün vacib olan bir sıra istiqamətlər üzrə - memarlıq, şəhərsalma, abidələrin bərpası, toponimika, filiz yataqları, mineral sular və hidrogeologiya ilə bağlı tədqiqatlar aparılmayıb, təkliflər verilməyib. İnstitut və digər tabe qurumların fəaliyyətinə nəzarət düzgün təşkil edilməyib. Müzakirələr zamanı bir daha aydın olub ki, elmi şuraların iclasları əksər hallarda formal xarakter daşıyıb, aktual məsələlər müzakirəyə çıxarılmayıb, şöbələrin elmi fəaliyyətlərinə lazımi tələbkarlıq göstərilməyib. Bir sözlə, elmin inkişafı üçün imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə edilməyib.

Vurğulanıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi müvafiq tədqiqat və elmi nəticələr ilə muxtar respublikadakı inkişafa da öz töhfəsini verə və elmin təcrübəyə tətbiqi sahəsində əməli fəaliyyət göstərə bilməyib. Bölmədə iqtisadi təhlillər aparılmayıb, muxtar respublikanın iqtisadi uğurlarını əks etdirən elmi nəşrlər hazırlanmayıb. Elmi işlərin təşkili və aparılması üçün də tələbkar mühit yaradılmayıb, muxtar respublikanın elmi və kadr potensialından, eləcə də bu işin əlaqələndirilməsi imkanından lazımi səviyyədə istifadə edilməyib. Müzakirələrdən ötən dövr göstərir ki, bəzi elmi işçilər bu müzakirələrin nə üçün aparıldığını hələ də başa düşməyiblər. Hələ də aydın deyil ki, nə üçün toponimikamız, tarixi coğrafiyamız və şəxsiyyətlərimiz öyrənilməli olduğu halda, heç bir xidməti olmayanların şəcərə tarixlərinə bu qədər diqqət və vaxt ayrılır? Bəri başdan deyək ki, bu kimi “təşəbbüslər” elmə xidmət etmir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi işinin daha məhsuldar olması üçün ciddi elmi istiqamətlər və nəşr planları müəyyənləşdirməli, elmi tədqiqatlar şöbə və institutların, eləcə də Rəyasət Heyətinin nəzarətində aparılmalı, işə davamlı və sistemli xarakter verilməlidir. Fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışmaq, muxtar respublikanın elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək, gənc kadrlarla işi gücləndirmək lazımdır. Muxtar respublikanın sosial-iqtisadi inkişafı elmi və ətraflı təhlilini tapmalı, milli və mənəvi dəyərlərimiz, xalq yaradıcılığı, etnomühit dərindən araşdırılmalı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin muxtar respublikanın aidiyyəti nazirlikləri ilə əlaqəsi daha da gücləndirilməlidir. Bu ildən muxtar respublika rəhbərinin tapşırığı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi əməkdaşları akademiyanın elektron informasiya mərkəzindən muxtar respublikanın ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar. Söhbət alim nümunəsindən gedir. Alim isə elmi dərəcəsi ilə yox, elmə gətirdiyi yenilik, elmə verdiyi fayda ilə tanınmalı, interaktiv dərslərdə əldə olunan elmi nailiyyətlər, elmi fəaliyyət bir nümunə kimi göstərilməlidir. Bu gün elmi-tədqiqat müəssisələrində çalışanlar hər cəhətdən nümunəvi olmağı bacarmalı, öz işgüzarlığı ilə hörmət qazanmalı, əsl ziyalı mövqeyi tutmalı, ictimai fikrə fəal təsir gücünə malik olmalıdırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin qarşısında qoyduğu bu vəzifələr yeni ildə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. 2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.

Sonra AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbov, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov, Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev hesabat məruzələri ilə çıxış ediblər.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qeyd edib ki, kollektiv bildirilən haqlı iradlardan nəticə çıxararaq qarşıdakı ildə fəaliyyəti mövcud nöqsanların aradan qaldırılması istiqamətində quracaq, işdə əsl dönüşə nail olacaq.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar