ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Siqnalların emalı və süni intellekt sahəsində nailiyyətlər” birinci beynəlxalq konfransının (ASPAI-2019) proqram komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, martın 20-dən 22-dək İspaniyanın Barselona şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə süni intellekt alqoritmləri, hibrit intellektual sistemlər, qeyri-səlis məntiq və sistemləri, süni neyron şəbəkələri, virtual və əlavə reallıq, maşın təlimi, siqnalların emalının nəzəriyyə və metodları və s. daxildir.