ELM VƏ TƏHSİL
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Türkiyədə beynəlxalq simpoziumda məruzə etmişdir
Bakı, 12 sentyabr (AZƏRTAC). AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun elmi-texniki informasiya şöbəsinin rəhbəri, kimya elmləri doktoru Leylufər Əliyeva Türkiyənin İzmir şəhərində keçirilmiş “Torvari, məsaməli materiallar” Beynəlxalq simpoziumunda iştirak etmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, dünyanın 45 ölkəsindən alimlərin iştirak etdikləri tədbirdə L.Əliyeva “Poladların SO2 karroziyasının qarşısını ala bilən yağ turşuları əsasında effektiv inhibitorlar” mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycanlı alimin məruzəsi simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Səkkiz seksiya üzrə keçirilən simpoziumda L.Əliyeva “Ətraf mühitin qorunması” seksiyasında çıxış etmiş və sertifikatla təltif olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]