Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə dövlətimizin başçısının sərəncamlarına əsasən, AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun isə 60 illik yubileyi ilə bağlı təltif olunmuş əməkdaşlara mükafatlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Nazirlər Kabinetinin “AMEA-ya gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçün Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi məqsədilə vəsait ayrılması barədə” Sərəncamı barədə məlumat verib.

Sonra AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, istehsalı, tətbiq sahələri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Təbii bioloji ehtiyatlardan istifadə baxımından hələ çox böyük potensialın mövcud olduğunu deyən məruzəçi bu potensialı aşkara çıxarmaq və reallaşdırmaq məqsədilə onların qorunması və bərpası üzrə daha səmərəli yolların axtarılmasının zəruriliyini qeyd edib. Bildirib ki, bu baxımdan canlılardan alınan və onlarda müxtəlif fizioloji proseslərə mühüm təsir göstərən, əsasən də üzvi mənşəli maddələr kimi xarakterizə olunan bioloji aktiv maddələrin (BAM) produsentlərinin istifadəsi böyük əhəmiyyət daşıyır.

P.Muradov hazırda Yer üzərində elmə məlum olan 2 milyondan artıq canlının bir qrupunu özündə birləşdirən göbələklərdən də bioloji ehtiyat kimi hələ çox qədimlərdən istifadə edildiyini deyib: “Göbələklər həm növ zənginliyinə, həm təbii şəraitdə yerinə yetirdikləri funksiyaların rəngarəngliyinə, həm də sintez etdikləri BAM-ların müxtəlifliyinə və geniş təsir spektrinə malik olmalarına görə heyvan və bakteriyalardan əhəmiyyətli dərəcədə fərqlənir”.

Zəngin və rəngarəng təbiətə malik olan Azərbaycan ərazisində göbələklərin geniş yayıldığını diqqətə çatdıran alim onların arasında bu gün dünyada BAM produsenti kimi sənaye miqyasında istifadə edilən göbələklərin əksəriyyətinə rast gəlindiyini qeyd edib. Bildirib ki, AMEA-nın Mikrobiologiya İnstitutunun bioloji aktiv maddələr və mikrobioloji biotexnologiya laboratoriyalarında istər məlum, istərsə də Azərbaycanda yayılması yeni müəyyən edilən göbələklərin BAM produsenti kimi tədqiqi nəticəsində onların istifadəsi və tətbiqi üçün zəruri olan nəzəri və praktiki baza hazırlanıb. O, Azərbaycan ərazisində BAM-ların sintezi və istehsalına dair tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu qeyd edib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İbrahim Quliyev, İradə Hüseynova, Rasim Əliquliyev, Vaqif Fərzəliyev, Əhliman Əmiraslanov, Vaqif Abbasov, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Mikrobiologiya İnstitutuna məruzədə qeyd edilən prioritet istiqamətlər, eləcə də müxtəlif təyinatlı bioloji aktiv maddələrin sintezi və istehsalı üzrə tədqiqatların davam etdirilməsi tapşırılıb.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlərlə bağlı çıxışlar dinlənilib.

Akademiyanın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında danışan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov son illər dünyada elmi jurnalların nəşrində ciddi dəyişikliklərin baş verdiyini deyib. Qeyd edib ki, çap olunmuş jurnalların sayı və tirajının əhəmiyyətli dərəcədə azalması fonunda online elmi nəşrlərin sayı sürətlə artır, çoxprofilli elmi toplular konkret elmi problemlər üzrə ixtisaslaşmış məhdud profilli jurnallarla əvəz olunur.

M.Mərdanov diqqətə çatdırıb ki, elmi jurnalların nəşri həm Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və inkişafı, həm də ölkəmizin qədim və zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, müasir inkişaf səviyyəsi və potensialı haqqında əsaslandırılmış məlumatların dünyaya çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir.

Alim son illərdə AMEA-nın elmi jurnallarının fəaliyyətində baş verən bir sıra müsbət dəyişikliklərdən də söz açıb. Əvvəlki illərdən fərqli olaraq, AMEA-nın jurnallarının saytı və ya internet versiyasının hazırlandığını, bu resurslardan bəzilərinin xarici ölkələrdə də izlənildiyini bildirib. O, akademiyanın riyaziyyat və kimya elmləri üzrə nəşr olunan 4 jurnalının “Web of Science”, 3 jurnalının isə “Scopus”un elmi bazalarına daxil edildiyini qeyd edib.

M.Mərdanov, həmçinin AMEA-da elmi jurnalların nəşrində rast gəlinən problemlərdən danışıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - İradə Hüseynova, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Rafael Hüseynov, Yaqub Mahmudov, Fikrət Əliyev, Vaqif Abbasov, AMEA-nın müxbir üzvləri - Bilal Bilalov, Şahbaz Muradov, Oktay Qasımov, Əminağa Sadıqov, professor Nazim İmanov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Daha sonra akademiyanın jurnallarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi səviyyəsi və aktuallığının yüksəldilməsi, nəşr prosesinin optimallaşdırılması məqsədilə bir sıra qərarlar qəbul olunub.

Tədbirdə AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi müzakirə edilib. Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bununla bağlı çıxış edərək son illərdə AMEA-da elmi əsaslara söykənən çoxsaylı konsepsiya və proqramların hazırlandığını, elmi reytinqin artırılması məqsədilə dünya ölkələrinin mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

O, 2015-ci ildən etibarən akademiyanın alimlərinin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda nəşr olunan hər bir məqaləyə görə mükafatların nəzərdə tutulduğunu vurğulayıb.

Hazırda ölkə üzrə “Web of Science” bazasına 4-ü AMEA-nın olmaqla 8 elmi jurnalın daxil edildiyini deyən alim bu jurnalların yalnız riyaziyyat və kimya elmləri sahəsinə aid olduğunu bildirib. Qeyd edib ki, digər elm sahələrinə aid olan jurnalların da sözügedən bazalara daxil edilməsi ölkənin elmi reytinqinin yüksəlməsi, dünya elm məkanına inteqrasiyası, elmin keyfiyyət göstəriciləri və rəqabət qabiliyyətliliyinə müsbət təsir göstərəcək.

Gənc alimlər üçün elmi-tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında məlumat verən Ə.Sadıqov son illər AMEA-da gənc alimlərin elmi əməyini qiymətləndirmək, onları elmin qabaqcıl sahələrində daha uğurlu tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə müxtəlif müsabiqələrin keçirildiyini deyib. Bildirib ki, müsabiqə çərçivəsində yüksək elmi göstəriciləri ilə fərqlənən gənclər mükafatlandırılıb. Eyni zamanda, elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə onlar AMEA-da yerinə yetirilən elmi-tədqiqat proqramlarının icrasına cəlb olunublar. O, bu işlərin davamı olaraq, respublikada aktual və müasir elmi problemlərin həlli ilə bağlı tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq vә onlara әlavә yaradıcılıq imkanları yaratmaq məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.

İclasda AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları”nın təsdiq edilməsi haqqında məlumat verib. O, Rəyasət Heyətinin 2018-ci il 3 oktyabr tarixli iclasında “AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən daha səmərəli istifadə haqqında” müvafiq qərarın qəbul edildiyini diqqətə çatdırıb. Qərara əsasən, kompleksin istifadəsində olan torpaq sahəsindən AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.

Qərarın icrasını təmin etmək məqsədilə AMEA-nın İşlər İdarəsi tərəfindən komissiyanın yaradıldığını diqqətə çatdıran F.Abdullayev bu komissiyanın “AMEA-nın əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları”nı hazırladığını və AMEA Rəyasət Heyətinə təqdim etdiyini bildirib. Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq Qaydaları təsdiq edib.

İclasın sonunda bir sıra kadr məsələlərinə də baxılıb, müzakirəyə çıxarılan mövzular ətrafında geniş müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernizasiya işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır