Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Amerikalı ekspert: Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb

Amerikalı ekspert: Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb

Vaşinqton, 22 avqust, AZƏRTAC

Beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Piter Teyz AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

-ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu “2016-cı ildə dünya ölkələrində dini etiqad azadlığı haqqında məruzə” dərc edib. Hər il dərc edilən və Birləşmiş Ştatların Konqresinə təqdim olunan bu sənəd dünyanın müxtəlif regionlarında ABŞ-ın xarici siyasəti baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Budəfəki illik məruzədə 195-dən çox müstəqil ölkədə və ərazilərdə dini etiqad azadlığının vəziyyətinə dair ətraflı icmal verilib. ABŞ Konstitusiyasına və bu ölkənin xarici siyasət konsepsiyasına görə, dini etiqad azadlığı insanın universal hüququ hesab edilir, Vaşinqton da dini etiqad azadlığının müdafiə olunmasına və qorunub saxlanmasına dəstək verdiyini nümayiş etdirir, çünki bu azadlıq iqtisadi sabitliyi, sosial ədaləti və ölkələrin dinc yanaşı yaşamasını təmin edir, bütün dünyada sülhü qoruyub saxlamağa kömək edir. ABŞ dövlət katibi Reks Tillersonun qeyd etdiyi kimi, indiki ABŞ hökuməti insan haqlarının və əsas azadlıqların müdafiəsi məsələlərinə sadiqdir. Bu məruzənin dərc edilməsi bütün dünyada sülh şəraitində, mənəvi dəyərlərə müvafiq şəkildə yaşamağa çalışan bütün insanlara səs hüququ verir.

-Məruzənin Azərbaycana həsr edilmiş bölməsi barədə nə fikirdəsiniz?

-Mənim fikrimcə, indiki şəkildə məruzə Azərbaycanda dini etiqad azadlıqlarının təsviri baxımından yarımçıqdır. Görünür, Dövlət Departamenti Azərbaycan Respublikası barədə aşağıdakı mühüm faktları qeyd etməyi unudub:

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çoxmədəniyyətli ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə xüsusi sərəncam imzalayaraq 2016-cı ili bu ölkədə “Multikulturalizm İli” elan edib;

-2016-cı il sentyabrın 29-30-da Azərbaycan paytaxtında Bakı Beynəlxalq Humanitar Forumu təşkil edilib. Qlobal miqyaslı bu tədbirdə Nobel mükafatı laureatları, alimlər, çoxsaylı sabiq və indiki dövlət və hökumət başçıları iştirak edib. Belə adlandırılan “Bakı prosesi”nin inkişafı Azərbaycanda dini etiqad azadlığının möhkəmlənməsində daha bir mühüm mərhələdir;

-Azərbaycan Prezidentinin himayəsi və akademik Kamal Abdullayevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması mühüm təşəbbüsdür, bu təşəbbüs konfessiyalararası dialoqu daha da möhkəmlədib və Azərbaycanda dini etiqad azadlığının inkişafına töhfə verib;

-Azərbaycan Respublikasının əraziləri iyirmi ildən çoxdur ki, işğal altındadır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir, nəticədə Azərbaycanın mindən çox dini abidəsi, kitabxanası, arxeologiya və mədəniyyət obyektləri ermənilərin davam etməkdə olan işğalı nəticəsində tamamilə məhv edilib;

-Məruzənin “Xarici qüvvələr və dövlətə aid olmayan şəxslər tərəfindən pozuntular” bölməsində yazılıb: “Hökumət Dağlıq Qarabağ üzərində nəzarəti saxlamır. Dini qruplar, o cümlədən “İyeqova şahidləri”, qeyri-hökumət təşkilatları, məsələn “Forum 18” belə xəbərlər yaymaqda davam ediblər ki, Dağlıq Qarabağdakı de-fakto hakimiyyət orqanları bütövlükdə dini fəaliyyəti məhdudlaşdırıb, lakin konkret azadlıqların pozulmaları barədə informasiya əlyetərli olmayıb”. Yaxşı olardı ki, məruzənin bu bölməsində Dağlıq Qarabağ regionunun və ona bitişik yeddi rayonun suveren Azərbaycan ərazisi olması vurğulansın və həmin ərazilərin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olması beynəlxalq birliyə izah edilsin. Ermənistan hökuməti suveren Azərbaycan dövlətinin işğal edilmiş ərazilərində Azərbaycanın dini infrastrukturunun, mədəni, arxeoloji və tarixi abidələrinin məhv edilməsi kampaniyasını onilliklər boyunca davam etdirir.

-Yeri gəlmişkən, Azərbaycanın mədəni və dini abidələrinin Ermənistan tərəfindən məhv edilməsi, Azərbaycanda ermənilərin dini abidələrinin vəziyyəti barədə nə deyə bilərsiniz?

-Dünya birliyi bilməlidir ki, Bakının mərkəzində bərpa olunmuş erməni kilsəsi var, Azərbaycan hökuməti burada erməni dilində beş mindən çox kitabı qoruyub saxlayır. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri suveren Azərbaycanın ərazisində etnik təmizləmələr, kütləvi qətllər törədib, mədəni, dini və arxeoloji irs obyektlərini dağıdıblar.

Yeri gəlmişkən, Azərbaycanın suverenliyinə təhdidlər barədə... Həmin məruzədə adları çəkilən “siyasi məhbusların” uzun siyahısı barədə onu deyə bilərəm ki, görünür, bu adamlar geostrateji aktorlar tərəfindən qızışdırılan, hərc-mərcliyə, təhlükəsizliyin pozulmasına, etnik münaqişələrə gətirib çıxara və Azərbaycan Respublikasının ərazi bütövlüyünü, habelə bütün Qafqaz regionunda sülhü daha böyük təhlükə altına ala biləcək iğtişaşlar üçün provokasiyaya şərait yaradan amildir. Din təbliğçiləri “libası” geyinmiş belə insanlar sabitliyi pozmağa və Azərbaycan dövlətçiliyini tamamilə dağıtmağa çalışırlar.

-Siz necə düşünürsünüz, Azərbaycanı multikulturalizm və dini dözümlülük üçün unikal məkana çevirən nədir?

-Azərbaycan Prezidenti İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, multikulturalizm əsrlər boyu həmişə xalqımız üçün səciyyəvi olub. Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar. Azərbaycanın strateji coğrafi mövqeyi, onun xalqının mədəni xüsusiyyətləri və etnik tərkibi, buradakı tarixi proseslər müxtəlif dinləri, mədəniyyətləri, etnik qrupları və sosial dəyərləri ehtiva edən əlverişli sosial struktur yaradıblar. Azərbaycanda iuadizm, İslam, xristianlıq, habelə digər dini qruplar dinc yanaşı mövcud olub, bir-birinə qarşılıqlı təsir göstərib, ölkədə müəyyən dini və mədəni həyat tərzini bərqərar ediblər. Odlar Yurdu adlanan, Nuh peyğəmbərin doğulduğu yer olan Azərbaycan dünyada yeganə ölkədir ki, orada sünnilərlə şiələr eyni bir məsciddə ibadət edir və dini mərasimləri icra edirlər. Eyni zamanda, Azərbaycan dünyanın qədim xristian icmalarından biri üçün doğma evdir, bu icma əsrlər boyu Azərbaycanın sosial-mədəni irsinin formalaşmasına şərait yaradıb.

Bu çoxəsrlik təcrübə Azərbaycanda harmoniya, dinc yanaşı yaşama, dini dözümlülük mədəniyyəti, qarşılıqlı etimad və inam ab-havası yaradıb, bunun sayəsində müxtəlif konfessiyalara mənsub olan insanlar – xristianlar, müsəlmanlar və yəhudilər sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu birlik Azərbaycan mədəniyyətinin və Azərbaycan cəmiyyətinin mühüm və parlaq tərkib hissəsi olaraq qalır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb