ELM VƏ TƏHSİL
Amerikalı professor tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də ABŞ-ın Corctaun Universitetinin professoru Sem Potolikkio Azərbaycan Dillər Universitetinin (ADU) “SABAH” qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, alim mühazirəsində insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etmələri nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda, asudə vaxtda səmərəli fəaliyyətin zehni və yaradıcı düşüncənin inkişafına səbəb olduğu qeyd edilib.
Sonra tələbələrlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
S.Potolikkio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]