Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ana yurdum, Azərbaycan!
Qobustan Qafqazın beşiyidir

Bakı, 12 mart (AZƏRTAC). Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Bakıdan cənubda, böyük Qafqaz sıra dağlarının cənub-şərq yamacı ilə Xəzər dənizi arasındakı düzənlik ərazidə yerləşir. 537 hektar ərazini əhatə edən qayaüstü rəsmlərdən ibarət mənzərə bu ərazinin bir hissəsini təşkil edir. 

Əvvəlcə turistləri keçən ilin martında açılmış yeni muzeylə tanış edirlər. Muzeyin informasiya mərkəzində qonaqlar sensor ekrandan istifadə edərək müxtəlif dillərdə geniş informasiya ala bilərlər. Muzeyin on iki zalı innovasiya texnologiyası, interaktiv stendlər, 3D video və başqa avadanlıqla təchiz olunmuşdur.

Sensor ekranda minilliklər ərzində Xəzər dənizində baş vermiş dəyişiklikləri əks etdirən animasiya təsvirlərini müşahidə etmək, Qobustanın təbiəti, florası barədə məlumat almaq olar. İnsan qalıqları, daşlar, çini qablar, tarixəqədərki dövrün modabazlarının bəzək əşyaları və arxeoloji qatlardan tapılmış digər eksponatlar maraq doğurur. Buradakı “Zamana səyahət” zalında turistlər ilkin dövrdən başlayaraq Qobustanda baş vermiş böyük təbii dəyişiklikləri, dünyada insan düşərgələrinin coğrafiyasını görə bilərlər.

Qoruğun ərazisində həmçinin 3D formatında virtual video-uçuş da etmək olar.

Qobustan abidələri iki qrupa bölünür: qayaüstü təsvirlər, qədim düşərgələr və digər obyektlər. Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya dağlarındakı qayaüstü təsvirlər, insan düşərgəsi, qəbirüstü abidələr və s. daş dövründə və sonrakı dövrlərdə regionun sakinləri barədə məlumat verir.

Burada, həmçinin qədim dövrə aid böyük dairəvi tikililərin qalıqları da vardır. Qayalıq yaylanın üç hissəsində rəsmlər tapılmışdır, burada aşkara çıxarılmış mağaralar, məskən və sərdabə izləri üst paleolit dövrü ilə orta əsrlər arasındakı dövrdə bu ərazidə insanların sıx yaşadıqlarını göstərir.

Qoruğun ərazisində ilk arxeoloji qazıntılar XX əsrin 30-cu illərində başlanmışdır. 1939-1940-cı illərdə Azərbaycan arxeoloqu İshaq Cəfərzadə burada təqribən 3500 qayaüstü təsvir, rəsm və nişan, habelə qayalarda əl ilə açılmış oyuqlar, dəliklər və s. aşkar etmişdir.

Görkəmli Norveç tədqiqatçısı və səyyahı Tur Heyerdal ilk dəfə Qobustanda 1981-ci ildə olmuş və buradakı petroqlifləri tədqiq etmişdir. 1994-cü ildə o, ikinci dəfə buraya gəlmiş və qayıq rəsmlərinə xüsusi diqqət yetirmişdir. Publisist və səyyah Yuri Məmmədovun bu yaxınlarda çapdan çıxmış “Qobustan qayıqları hara üzür” kitabı bu hadisəyə həsr olunmuşdur.

Qobustanın qayaüstü təsvirlərinə valeh olan məşhur səyyah “qayaüstü qayıq təsvirlərini dənizçiliyin ilk mənbəyi hesab etməyə tələsməmişdir. Yalnız arxeoloji qazıntılar onu Qobustan qayıqlarının dünyada məlum olan ən qədim qayıq təsvirləri olduğunu etiraf etməyə inandıra bilmişdir”. Qədim Skandinaviya gəmilərinə bənzəyən bu qayıqlar onu ingilis dilində çıxan “Azerbaijan International” jurnalında (Nyu-York) dərc olunmuş “Azərbaycanın əlaqələri” məqaləsini yazmağa vadar etmişdir. Məqalədə o, norveçlilərlə azərbaycanlıların qohumluğu barədə fərziyə irəli sürmüşdür. Tur Heyerdal belə qənaətə gəlmişdir ki, skandinaviyalıların ulu babaları Azərbaycan ərazisindən çıxmışlar.

Qobustanda mezolit dövründən orta əsrlərədək yaradılmış təqribən 6000 rəsm vardır. Rəsmlərə əsasən mağaralarda və qaya parçalarında rast gəlmək olar. Onların arasında ov, ritual rəqs, əkinçilik səhnələri, müxtəlif heyvanlar, qayıqlar və rəmzi işarələr təsvir edilmişdir.

Qobustan üçün həm kişi, həm də qadın təsvirləri səciyyəvidir. Rəsmlərdə kişilər ox-kamanlı ovçu simasında, uca boylu, qamətli, bellərində kəmər, möhkəm əzələli təsvir olunmuşlar. Yallı rəqsini çox xatırladan, iki cərgədə qrup şəklində ifa olunan ritual-mərasim rəqsi diqqəti cəlb edir. Böyükdaşda oyulmuş bu səhnələr eramızdan əvvəl III-II minilliklərə aiddir.

Daşlarda qadınlar matrona, matriarxat dövrünün dayağı, həmçinin döyüşçü qadın kimi təsvir olunmuşlar. Belə ki, “Yeddi gözəl” mağarasında incə belli, güclü ayaqları olan və arxasında kaman daşıyan qadın təsvirləri görmək olar.

Qobustanın bitki aləmi səhra və yarımsəhra üçün səciyyəvidir. Burada ot və kollar, yovşan və buna bənzər çoxillik bitkilər vardır. Mart ayının ilk günlərində daşların və qayaların arasında artıq itburnu, cır albalı, doqquzdon, ardıc çiçək açmışdır. Burada yabanı armud, yabanı çəltik, yabanı nar, üzüm, bəzi digər ağac və kol növləri də görmək olar.

Son onilliklərdə Qobustanın faunası xeyli kasadlaşmışdır. İndi Qobustanda yaşayan əsas heyvanlar tülkü, çaqqal, canavar, dovşan və vəhşi pişiklər, dağ kəklikləri, vəhşi göyərçinlər, torağaylar, ilan və kərtənkələlərdir.

Qobustanın qayaüstü təsvirlərində son 25 min ildə burada yaşamış heyvanların - ceyran, vəhşi keçi, maral, vəhşi donuz, at, şir və başqa heyvanların rəsmlərini görmək olar. Qayalarda həmçinin quş, balıq, ilan, kərtənkələ və müxtəlif həşərat təsvirləri vardır.

Tunc dövründə Azərbaycan ərazisində yaşamış tayfalar arasında günəşə sitayişin geniş yayıldığı təsdiq olunur. Bu, Qobustan petroqliflərində də əks olunmuşdur. Buradakı günəş işarələri kənarlarından şüalar çıxan və çarpaz xətləri olan dairə şəklində təsvir edilmişdir. Eramızdan əvvəl II minilliyə aid rəsmləri - ucunda parlayan günəş diski olan qayıq rəsmlərini günəş mifologiyası ilə əlaqələndirirlər.

Roma yazısı - İldırım sürətli XII legionun buraya gəlməsi haqqında yazı turistlərin böyük marağına səbəb olur. Qoruğun ərazisində, Böyükdaş dağının ətəklərində eramızın I əsrində ildırım sürətli XII legionun buraya gəlməsini təsdiq edən “Fulminat” (ildırım sürətli) ləqəbli adlı imperator Domisianın Roma legionu tərəfindən 84-96-cı illər arasındakı dövrə aid olan, latın əlifbası ilə sözlər yazılmış daş kitabə vardır. Onun üzərində yazılmışdır: “Imp Domitiano Caesare avg Germanic

L Julius Maximus > Leg XII Ful”.

Azərbaycan dilinə tərcüməsi belədir: “İmperator Domisian Sezar Avqust Germanik, Lutsiy Yuliy Maksim, Senturion İldırım sürətli XII legion”. Belə hesab edilir ki, Qobustan yazısında Abşeronun yerli sakinləri tərəfindən darmadağın edilmiş XII legion dəstəsi xatırladılır.

Qobustanın Qavaldaşı da turistlər üçün çox maraqlıdır. Onu döyəcləyəndə ritmik aydın motivlər səslənir. Qavaldaşının səsi incə qaval səsinə çox bənzəyir. Qobustanda 2 qavaldaşı vardır: Çingirdağın şimal ətəyində və Böyükdaş dağında. O, yastı əhəng daşı parçasından ibarətdir. Qavaldaş əhəngin tərkibindəki balıqqulaqlarının sıxlığından asılı olaraq müxtəlif yerlərdə müxtəlif cür səs çıxarır. Buna səbəb balıqqulaqlarının arasındakı boşluq və məsamələrdir.

Belə bir fikir mövcuddur ki, keçmiş tayfalarda keşikçilər vəhşi heyvanların hücumları zamanı, yaxud başqa təhlükəli hallarda bu alətlərdən istifadə edirlərmiş. Belə hesab edilir ki, ritual rəqslər və mərasimlər bu səslərlə müşayiət olunurmuş. Qavaldaş həm də birlik rəmzi olmuşdur, qədim insanlar onun ətrafında dini mərasimlər və bayram mərasimləri, yığıncaqlar keçirmişlər.

2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi Qobustan nominasiyası üzrə idarəetmə və iş planı hazırlayıb UNESCO-ya təqdim etmişdir. Həmin dövrdə Heydər Əliyev Fondunun dəstəyi və onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban ƏIiyevanın təşəbbüsü ilə UNESCO-nun baş direktoru Koişiro Matsuura qoruğa dəvət olunmuşdur. O, Qobustan abidələri ilə tanış olmuş, UNESCO-nun, Abidələrin və tarixi yerlərin qorunub saxlanması üzrə beynəlxalq şuranın ekspertləri isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin planını bəyənərək qoruğu qiymətləndirmişlər.

2007-ci il iyunun 23-dən iyulun 2-dək UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilmiş 31-ci sessiyasında Qobustanın qayaüstü rəsmlərindən ibarət mədəni abidə Ümumdünya irsi obyektləri siyahısına daxil edilmişdir.

Salehə Əliyeva

AZƏRTAC-ın müxbiri

Qobustan

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub