MƏDƏNİYYƏT
“Anadolu atəşi” rəqs ansamblı Troya əfsanəsini Bakıda canlandıracaqdır
Bakı, 11 mart (AZƏRTAC). Martın 16-dan 18-dək Heydər Əliyev Sarayında “SA Organization”un təşkilatçılığı ilə Türkiyənin “Anadolu atəşi” rəqs qrupu “Troya” konserti ilə çıxış edəcəkdir.
AZƏRTAC xəbər verir ki, rəqs qrupu bakılı tamaşaçılar üçün ilk dəfə olaraq Troya əfsanəsini canlandıracaqdır. Konsert zamanı səhnəyə 8 metr hündürlüyündə at heykəli gətiriləcəkdir.
Rəqs qrupunun rəhbəri Mustafa Ərdoğan Bakıya səfərin və yeni “Troya” proqramının uğurlu olacağına inamını ifadə etmişdir.
“Troya” proqramı üçün 2000 dəst geyim biçilib tikilmiş, bu məqsədlə 12000 metr və 450 növ parçadan istifadə olunmuşdur. Həmçinin 850 baş geyimi, 300 cüt ayaqqabı hazırlanmışdır. Özbəkistanda 2500 metr keçə parça xüsusi olaraq toxunulmuş və 2000 metr şifon parça əllə boyanmışdır. Proqramın ümumi məşq saatları 7200 saat təşkil edir, 5400 saat isə musiqilərə hazırlığa sərf olunmuşdur.
“Anadolu atəşi”nin yeni “Troya” proqramı rəngarəng və möhtəşəm olacağını vəd edir.