CƏMİYYƏT
ANAMA və Dövlət Reklam Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Anlaşma Memorandumunu ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov və ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov imzalayıblar.
Memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələr barədə məlumatlandırmağa davam etmək, habelə insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.