ANKARADA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLƏCƏKDİR
Bakı, 25 avqust (AZƏRTAC). Avqustun 28-də Ankarada Azərbaycan Gecəsi keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, II Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiörən Bələdiyyəsidir. Dərnəkdən Diasporla İş üzrə Dövlət Komitəsinə verilən xəbərə görə, Azərbaycan gecəsində Keçiörən Bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, DİDK-nın təmsilçisi Elnar Məmmədov çıxış edəcəklər. Gecənin bədii hissəsinə Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti daxildir.
Avqustun 26-dan 31-dək festivalın keçirildiyi məkanda Azərbaycan guşəsi açılacaqdır. Burada festival iştirakçılarına və şəhər sakinlərinə Azərbaycan haqqında ətraflı məlumat veriləcək, broşürlər, CD-lər və digər əyani vasitələr paylanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [19:04]
Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib
- 11.11.2026 [13:12]
Polşada yaşayan azərbaycanlıların Koordinasiya Şurasına seçkilər keçirilib
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]