MƏDƏNİYYƏT
Ankarada Azərbaycan və Türkiyə solistləri türk dünyası bəstəkarlarının əsərlərini ifa etmişlər
İstanbul, 25 yanvar (AZƏRTAC). TÜRKSOY təşkilatının təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankaradakı Gənclik Parkı Mədəniyyət Mərkəzində türk dünyasının müasir klassik musiqi incilərindən ibarət konsert təşkil olunmuşdur.
Xarici ölkələrin Türkiyədəki səfirliklərinin əməkdaşları, sənət adamları və paytaxt sakinlərinin dəvət olunduğu konsertdə azərbaycanlı solist Nigar Cəbiyeva və türkiyəli sənətçi Selva Erdener Qazaxıstanın Qaraqanda Simfonik Orkestri ilə birlikdə türk dünyası, o cümlədən Azərbaycan bəstəkarlarının operalarından ariyaları ifa etmişlər.
Pyotr Qribanovun dirijorluğu ilə Qaraqanda Simfonik Orkestri görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Niyazi və Fikrət Əmirovun əsərlərini səsləndirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]