Anqola OPEC-dən çıxdığını elan edib
Bakı, 21 dekabr, AZƏRTAC
Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxdığını elan edib.
AZƏRTAC xəbər verir ki, ANGOP agentliyi bu barədə Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantina de Azeveduya istinadla məlumat yayıb. Məlumata görə, qərar ölkə prezidenti Juana Lourensunun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Anqola uzun müddətdir ki, OPEC sazişinin diktə etdiyi hasilat öhdəliklərini yerinə yetirmirdi. Təşkilatın müəyyən etdiyi 1,455 milyon barel hasilat səviyyəsinə baxmayaraq, Anqola sutkada yalnız 1,1-1,2 milyon barel və ya daha az neft çıxarırdı.
OPEC iyun ayında Anqolanın 2024-cü il üçün hədəf səviyyəsini 175 min barel azaldaraq sutkada 1,28 milyon barelə endirmək qərarına gəlir. Anqola kvotanın azaldılmasına qarşı etiraz etsə də, noyabrın sonunda hasilatı daha 170 min barel azaldılaraq 1,11 milyon barelə endirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]
Abbas Əraqçi: İran diplomatiyaya üstünlük verir
- 16.11.2026 [11:49]
Fransadakı aksiyalarda prezident Makronun istefası tələb olunacaq
- 16.11.2026 [11:48]